Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Jalə QƏNBƏRLİ

Böyük ispan dramaturqu Don Pedro Kalderon de la Barka 17 yanvar 1600-cü ildə Madriddə kral xəzinəsinin katibi Dieqo Kalderonun evində dünyaya göz açmışdır. Təmtəraqlı adı (Pedro Kalderon de la Barka Enao de la Barreda i Pianyo) və «İnam naminə» şüarlı gözqamaşdırıcı gerbi uzun illər bir çox tədqiqatçıları onun aristokrat mənşəli olmasmı düşünməyə vadar etmişdir. Əslində orta səviyyəli bır dvoryan ailəsinə mənsub olan Kalderon ilkin təhsilini Madridin yezuitlər kolleci olan «Kolexio imperialında» almışdır. Daha sonra isə erkən itirdiyi anasının onu ruhani görmək arzusunu yerinə yetirmək məqsədi ilə Alkala de Enares, daha sonra isə Salamanka universitetinə daxil olaraq mülki və kanonik hüquqi öyrənmişdir. Salamanka universitetinə daxil olarkən atasmı İtirən Pedro burada təhsilini fasilələrlə davam etdirir, daha sonra isə ailədə baş verən problemlər onun univuersıteti tərk edərək, Madridə qayıtmağa məcbur edir. Bütövlükdə götürdükdə dramaturqun gənclik illəri barədə məlumatlar qızıl əsrin digər nümayəndələri Servantes və Lope de Veqayla ilə müqayisədə məhduddur. Lakin əldə edilmiş məlumatlara əsasən o, 1619-1623-cü illərdə Madriddə yaşayaraq, azad həyat tərzi sürür və dini karyera barədə belə düşünmürdü. Bu dövrdə o, öz dövrünün dvoryanlarmdan heç nə ilə fərqlənmir, duellərə çıxır və hətta bir dəfə bir rühaninİn bəlağətli nitqini məsxərəyə qoyduğuna görə qısa müddətli həbs edilir.



Baxış: 1189