Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Ağayeva Tamilla Hüseyn qızı
Açar sözlər: kar uşaq, ünsiyyət, nitq, sosiallaşma, şəxsiyyət
Key wolds: deaf children,communication, speech, socialization, personality
Ключевые слова: глухой ребенок, общение,речь,социализация,личность
 

Məlumdur ki, kar uşaq normal ünsiyyət prosesinə qoşula bilmədiyi üçün onun şəxsiyyət kimi formalaşması prosesi ya ləngiyir, ya da düzgün formalaşmır. Eşitmə nin itirilmə ağırlığından asılı olaraq nitq inkişafı pozulmuş kar uşaq sosial adaptasiya zamanı bir sıra çətinliklərlə üzləşir.Çox zaman o, insanlarla ünsiyyət prosesinə qoşulmaqdan boyun qaçırır və sosial mühitə bələdləşməsi olduqca zəifləyir. Kar uşaqlarda mənlik şüurunun da gec formalaşması şəxsiyyətlərarası ünsiyyətin qurul masında da müəyyən maniələr yaradır.Mənlik şüurunun gec formalaşması kar uşaq da özünəgüvən,əminlik, gələcəyə inam,hisslərinin yaranmasına mənfi təsir göstərir. Kar uşaq hüquq və azadlıqlarını dərk etməkdə, normal eşidən yaşıdları və böyük lərlə qarşılıqlımünasibət qurmaqda böyük çətinliklərlə üzləşirlər. Kar uşaqda şifa hi nitq bacarıqlarının kifayət qədər inkişaf etməməsi, digər tərəfdən cəmiyyətin jest dilindən istifadə bacarığının olmaması onların sosial mühitdə ünsiyyətə girmə sinə böyük əngəl yaradır, nəticədə bir- birini anlamaqda çətinlik çəkən tərəflər arasında aqressivlik, neqativizm kimi mənfi hallar baş verir. Kar uşaqlarda emosional - iradi sahə, davranış və şəxsiyyətin formalaşmasındakı çatışmazlıqlar sosial reabili tasiya və adaptasiyasının gedişinə, onların tələbat, iddia səviyyəsi və özünüqiymətləndirməsinə də mənfi təsir göstərir. Bu pozulmaların yaratdığı əngəllər onların müvafiq peşəyə yiyələnməsinə və əmək fəaliyyətinə daxil olmasına, nəhayət, sosial yük daşımasına manə yaradır.


Baxış: 1379