Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Yeganə Əbilhəsən qızı Mahmudova
AMEA Zoologiya İnstitutu
biologiya üzrə elmlər doktoru
yeganemahmudova@mail.ru

KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ ƏTƏKLƏRİNDƏ SU-BATAQLIQ  
QUŞLARININ TREMATOD FAUNASININ EKOLOJİ-FAUMİSTİK TƏHLİLİ 

Xülasə
2017-2020-ci illərdə Kiçik Qafqazın şimal-şərq ətəklərində 21 növə aid olan 131 ədəd su-bataqlıq quşu tədqiq olunmuş, 65 növ trematod aşkara çıxarılmış, bunlardan 4 növ Azərbaycan faunası üçün ilk dəfə olaraq göstərilmişdir. Ayrı-ayrı quş növlərinin trematod faunası 4 növlə 14 növ arasında olmuşdur. Əsasən balıqla qidalanan quşlarda 45 növ; əsasən onurğasızlarla qidalananlarda 16 növ; həm bitki və həm də heyvani qidadan istifadə edənlərdə 25 növ trematod qeyd olumuşdur. Trematod növlərin sayının quş növlərinin sayına olan nisbəti, əsasən, quşların birinci trofik qrupunda 4,5, ikinci trofik qrupunda 3,2, üçüncü trofik qrupunda 4,2 olmuşdur. Trematodlardan 1 növ insanın və yırtıcı ev heyvanlarının bağırsaq parazitidir, 1 növün serkariləri suda insana hücum edib qeyri-spesifik serkarioza səbəb olur, 2 növ quşlarda, 6 növ isə balıqlarda xəstəliklər törədir.
Açar söz: Kiçik Qafqaz, su-bataqlıq quşları, fauna, helmintlər, trematodlar

Yegana Abilhasan Mahmudova 

 Ecological-faumistic analysis of the trematode fauna of wetland birds in the 
 northeastern foothills of the Lesser Caucasus  
Abstract
In 2017-20 on the northeastern slopes of the Lesser Caucasus 131 wetland birds of 21 species were studied, 65 species of trematodes were found, of which 4 species were new to the fauna of Azerbaijan. The trematode fauna of individual bird species ranged from four to 14 species. In birds feeding mainly on fish, 45 species found; feeding mainly on invertebrates – 16 species; eating both plant and animal food – 25 species of trematodes. The ratio of the number of trematode species and bird species in the first trophic group was 4.5, in the second group – 3.2, in the third – 4.2. Of the identified trematodes, one species can parasitize in the intestine of humans and domestic carnivores, cercariae of 1 species causes cercariasis in humans, 2 species is the causative agent of bird diseases, and five species – of fish diseases.
Keywords: Lesser Caucasian, wetland birds, fauna, helminthes, trematodes


Baxış: 374