Arxiv
ELMİ İŞ - 2026
Müəllif: Ə.Ə.Aliev, N.G.Quliyev, E.H.Həsənov, F.R. Gülalıyev
Bnıselloz zooantroponoz xəstəlik olmaqla, hər heyvanın faktiki dəyərinin 50%-dən çox heyvan sahibinə məcburi kəsimdən ziyan vurur. Bruselloza diaqnoz seroloji üsullarla qoyulur, Bakterioloji üsullarla yalnız xəstəliyin kliniki əlamətləri baş verdikdə cəlb olunur. Xəstəliklə mübarizədə düzgün diaqnozun qoyulması, xəstə heyvanın vaxtında aşkar edilib təsərrüfatlardan çıxarılması en mühüm məsələdir. Hazırda xəstəliyin diaqnostikasında istifadə olunan reaksiyalar Aqqlütinasiya reaksiyası (AR), çəhrayı - benqal sınaq (RBS), komplimentin birləşmə reaksiyası (KBR), komplimentin uzun müddətli birləşmə reaksiyası (KUMBR), süd həlqə reaksiyası (SHR) ve İFA serumda spesifik anticisimlerin axtarılması prinsipinə əsaslanır. (Təlimat 2003)
Baxış: 975