Arxiv
ELMİ İŞ - 2026
Müəllif: Nuranə Adil qızı Abdullayeva
Açar sözlər: Qrafika, klassika, illüstrasiya, obraz, ədəbiyyat, müasir
Key words: Graphic, classic, illustration, form, literature, modern
Ключевые слова: Графика, классика, образ, литература, современный
Açar sözlər: Qrafika, klassika, illüstrasiya, obraz, ədəbiyyat, müasir
Key words: Graphic, classic, illustration, form, literature, modern
Ключевые слова: Графика, классика, образ, литература, современный
Ölkənin sovetləşməsindən sonra Azərbaycan təsviri sənətində kitab qrafikasının davamlı və rəngarəng formalarda təşəkkül tapması həm də bu sahədə zəngin təcrübənin mövcudluğu ilə bağlı idi. Bu ilk növbədə hələ orta əsrlərdən başlayaraq Azərbaycanda kitab mədəniyyətinin duyulası bir yüksəlişlə inkişaf etməsi ilə bağlı olmuşdur. Səhifələri miniatür üslubunda çəkilmiş illüstrasiyalarla bəzədilmiş əlyazmaların zamanında ən qiymətli ərməğana çevrilməsi də həmin şöhrəti təsdiqləyir. Şərq və Azərbaycan poeziyasının məşhur şairlərinin əsərlərinə çəkilmiş həmin illüstrasiyalarda sırf poetik mətnlərin məzmunu ilə səsləşən bədii şərhlərlə yanaşı, rəssam təxəyyülünün nəticəsi olan və müəyyən qədər də müstəqil mahiyyət daşıyan təsvirlərə rast gəlmək mümkündür. Qeyd edək ki, Azərbaycan kitab qrafikasının XX yüzilliyi əhatə edən inkişaf mərhələsində də rəssamların müxtəlif nəsillərinin nümayəndələri demək olar ki, bu ənənəni layiqincə davam etdirmiş, ona yeni-yeni bədii-estetik keyfiyyətlər əlavə etmişlər.
Baxış: 1176