Arxiv
Elmi iş - 2024
Çinarə Rəhim qızı Nərimanova
Bakı Mühəndislik Universiteti
magistrant
chquliyeva@beu.edu.az
Natiqə Rəhim qızı Süleymanlı
Bakı Mühəndislik Universitet
magistrant
nsuleymanli@ beu.edu.az
KİMYA TERMİNLƏRİNİN MƏİŞƏT ÜSLUBUNDA ƏKSİ
Xülasə
Gündəlik mənaları olan kimyəvi terminlərin öyrənilməsi elmdə həmişə maraq dairəsində olmuşdur. Buna görə də bu məqalə seçilmiş 10 sözün həm elmi həm gündəlik mənalarının işlənməsini araşdırır. Araşdırma aparılarkən kimya elmi ilə yeni tanış olanların bu sahədə qarşılaşdığı problemlər də göz önünə alınmışdır. Kimya ixtisasına aid bilikləri ingilis dilində mənimsəməyə çalışan 20 öyrənəndən seçilmiş sözlərin mənaları soruşulmuşdur. Araşdırma nəticəsində aydın olmuşdur ki bu öyrənənlərin çox qismi sözlərin yalnız onların həyatlarındakı təcrübələrinə əsaslananaraq öyrəndikləri gündəlik mənalarına yiyələniblər. Bu sorğu zamanı qarşıya çıxan ikimənalı sözlərin elmi mənalarının nadir işləndiyi və elmi lügətin düzgün anlaşılmadığı kimi problemler ortaya çıxaraq bu məqalənin işlənməsinə zəmin yaratmışdır. Elmi və gündəlik mənaları bir-birindən fərqlənən sözlərin öyrənilməsindəki və anlaşılmasındakı nəzəri prespektivlər bu məqalədə dərinlikləri ilə öz əksini tapmışdır. Bu iş kimya ixtisasında dilin elmi rolundakı əhəmiyyətinə yeni baxış gətirmişdir.
Açar sözlər : kimya, colloquial style, termin, elmi dil, öyrənən, məna
Chinara Rahim Narimanova
Natiga Rahim Suleymanli
Reflecting of chemcal terms in colloquial style
Abstract
It has always been interesting to learn the meanings of chemistry terms in science and in daily language. So this article searches the usage of chosen 10 words in science and in daily life. During the investigation while writing this article the problems which new chemistry learners have encountered were also taken into consideration and analyzed. 20 students learning chemistry in English were asked the meanings of these chosen words. As a result of research it was clear that most part of the learners acquired the daily meaning of these terms based on their experience in life. The challenges such as the infrequent use of DMV and misunderstanding of scientific vocabulary appeared and laid the groundwork for writing this article. Theoretical perspectives on the study and understanding of the words with different scientific and everyday meanings are deeply reflected in this article. This work has brought a new approach to the importance of a language in chemistry.
Key words: chemistry, daily language, science language, learners, meaning
Baxış: 492