https://doi.org/10.36719/2706-6185/42/29-35
Ələviyyə Nuri
Naxçıvan Dövlət Universiteti
doktorant
mayisnuri422@gmail.com
https://orcid.org/0000-0003-4219-1071
Konseptual problemin həlli yolları
Xülasə
Bildiyiniz kimi, dil fikirləri ifadə etmək vasitəsidir. Təfəkkürün inkişafı nitqin inkişafını tənzimləyir. XX əsrin 50-ci illərində elektron kompüterlərin meydana gəlməsi elmi təfəkkürdə inqilab etdi. Keçən əsrin sonlarında hesablama dilçiliyi dilçilər tərəfindən tətbiqi dilçiliyin yeni bir sahəsi kimi qəbul edilmişdir. Tətbiqi dilçilik sahəsində müxtəlif məqsədlər üçün dilin modelləşdirilməsinə aid proqramlar, kompüter texnologiyaları və alətlərdən geniş istifadə olunur. Hesablama dilçiliyinin istifadəsini dilçiliyin digər sahələrindən fərqləndirən əsas xüsusiyyət linqvistik materialın kompüterlərdə işlənməsidir.
Bu məqalə hesablama dilçiliyi sahəsində konseptual problemin həlli üçün müxtəlif üsulların öyrənilməsinə həsr edilmişdir. Bununla belə, qeyd etmək lazımdır ki, hesablama dilçiliyinin obyektlərindən biri də kompüter modellərinin linqvistik aspektidir. Dil və təfəkkür vasitəsilə ünsiyyətin xarakterik xüsusiyyətləri bu məqalədə müzakirə olunur.
Açar sözlər: dil və təfəkkür, kompüter dilçiliyi, süni intellekt, maşın tərcüməsi, konseptual problem