DOI: https://doi.org/10.36719/2663-4619/84/95-101
Sevinc Nadir qızı Məmmədova
Azərbaycan Tibb Universiteti
biologiya üzrə fəlsəfə doktoru
Şaiq Rəhim oğlu İbrahimov
AMEA Zoologiya İnstitutu
biologiya elmləri doktoru
KÜR ÇAYI ESTUARİSİ BALIQLARININ PROTOFAUNASININ
EKOLOJİ TƏHLİLİ
Xülasə
Kür çayının Xəzər dənizinə tökülən hissəsində 2018-2021-ci illərdə 14 növə aid olan 214 ədəd balıq tam parazitoloji yarma üsulu ilə tədqiq olunmuş və bunun nəticəsində 21 növ parazit ibtidai aşkara çıxarılmışdır. Bunların 14 növü endoparazit, 7 növü isə ektoparazit, 12 növü aralıq sahibin iştirakı ilə, 9 növü isə aralıq sahibin iştirakı olmadan inkişaf edir. Parazitlərin əksəriyyəti şirinsu formaları olduğu üçün, Kür estuarisinin suyu şirin olan hissəsində balıqların protofaunası şorsulu hissəyə nisbətən daha zəngindir. Ektoparazitlərdən fərqli olaraq, endoparazitlər balıqları şirinsuda yoluxdurduqda onların orqanizmində şorsulu rayonlara da keçirlər. Aşkara çıxarılmış parazitlərin 7 növü balıqlarda xəstəliklər törədir, lakin yoluxma zəif olduğundan, onların törədə biləcəyi patoloji hallar tədqiq olunan balıqlarda müşahidə olunmamışdır.
Açar sözlər: Kür çayı, balıqlar, parazitlər, protofauna, ekoloji təhlil
Sevinj Nadir Mammadova
Shaig Rahim Ibrahimov
Ecological analysis of protofauna of estuarine fishes of the Kura
Abstract
In 2018-2021 in the area, where the Kura River flows into the Caspian Sea, 214 fish belonging to 14 species examined by the method of complete parasitological dissection, 21 species of parasitic protozoa were found. Of these, 14 species belong to endoparazites, seven species to ectoparasites, 12 species develop with the participation of an intermediate host, and nine species do not use intermediate hosts in their development. Because most of the studied fish belong to freshwater forms, the protofauna of fish in the freshwater part of the Kura estuary is richer than in the brackish water. Unlike ectoparasites, endoparasites in the body of fish transferred from the desalinated part of the water area to the brackish water. Among the found parasites, seven species are the causative agents of fish diseases. However, due to the not very high infestation of fish, pathogenic phenomena caused by these parasites not observed.
Keywords: the Kura River, fish, parasites, protofauna, ecological analyses