Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/49/9-15

Elşən Aslanov

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-3823-4350

elshanaslanov@bsu.edu.az

 

Kürəkçay müqaviləsində Qarabağın tarixi coğrafiyasının təhlili

 

Xülasə

 

1805-ci ilin mayında Şuşa və Qarabağ xanı İbrahim xan və Rusiya imperiyasının generalı Pavel Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsi Qarabağ xanlığının müstəqilliyini ləğv etdi və onun tarixi coğrafiyasını müstəqil dövlətdən asılı əraziyə çevirdi. Bu vəziyyət məsələnin öyrənilməsi və elmi təhlili üçün vacibdir. Bu tədqiqatda məqsədimiz Kürəkçay müqaviləsinin müstəmləkə xarakterini və Qarabağın siyasi və iqtisadi coğrafiyasında baş verən əsaslı dəyişikliklərə təsirini üzə çıxarmaq üçün onun müxtəlif maddələrini təhlil etməkdir.

Müqavilənin birinci maddəsində deyilir ki, Qarabağ xanı İbrahim Xəlil xan “İrandan və ya hər hansı başqa dövlətdən hər cür asılılıqdan rəsmən imtina edir”, “hər hansı bir dövlət” ifadəsi əslində regionun əsas dövlətlərindən biri olan Osmanlı İmperiyasını nəzərdə tutur. “Mən Əlahəzrət Bütün Rusiyanın Böyük İmperatoru və onun ali varisləri və varislərindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram” ifadəsi xanlığın Rusiyanın “vassal” mülkü olduğunu göstərir. Bu maddə Qarabağ xanlığının siyasi sərhədlərini dəyişməsə də, onun siyasi fəaliyyət dairəsini tamamilə məhdudlaşdırdı. Bu siyasi sərhəd Rusiya imperiyasının təsir dairəsində qalan Qarabağ xanlığının qonşu dövlətlərlə müstəqil əlaqələr qura bilməməsi demək idi.

Müstəmləkəçilik siyasətinin əsas xüsusiyyətlərini əks etdirən Kürəkçay müqaviləsinin şərtləri Qarabağ xanlığını iqtisadi müstəqillikdən məhrum etdi və Rusiya imperiyasının maraqlarına uyğun fəaliyyət göstərən sistemin tərkib hissəsinə çevrildi. Qarabağın iqtisadi coğrafiyasının müəyyən aspektləri müqavilənin beşinci və altıncı maddələrində təsvir edilmişdir. Tədqiqatımız bu və digər məsələləri, elə-cə də Kürəkçay müqaviləsinin Qarabağın tarixi coğrafiyasına təsirini toponimik, topoqrafik, məkan-zaman və ekoloji-iqtisadi təhlillər yolu ilə araşdırır.

Açar sözlər: Kürəkçay müqaviləsi, Qarabağ xanlığı, Rusiya imperiyası, tarixi coğrafiya, müstəmləkə siyasəti


Baxış: 323