DOI: https://doi.org/10.36719/2663-4619/118/88-91
Təbriz Ağayev
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
https://orcid.org/0009-0009-1866-5776
tebrizagayev12@gmail.com
Mədəniyyətlərarasi dialoq üzrə beynəlxalq forumlar
Xülasə
Mədəniyyətlərarası dialoq, qloballaşan dünyada xalqların sülh və sabitlik şəraitində birgəyaşayışını təmin etmək üçün ən mühüm vasitələrdən biridir. Müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların nümayəndələri arasında dialoqun təşviqi qlobal problemlərin həlli, anlaşılmazlıqların aradan qaldırılması və qarşılıqlı hörmətin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə təşkil olunan beynəlxalq forumlar, mədəniyyətlərin qarşılıqlı əlaqələrini dərinləşdirmək və ümumi maraqları ön plana çıxarmaq üçün əvəzedilməz platformalar yaradır.Mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forumların əsas məqsədləri, müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anlaması, ekstremizm və radikalizmlə mübarizə, nifrət və ayrı-seçkilik meyillərinin qarşısını almaq, eləcə də insan haqları, sosial ədalət və dayanıqlı inkişaf prinsiplərini təşviq etməkdir. Forumlarda iştirak edən dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, qeyri-hökumət təşkilatları və gənclər, öz sahələrində əldə etdikləri bilik və təcrübələri bölüşərək, ortaq problemlərə yaradıcı və effektiv həll yolları axtarırlar.Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Üzrə Beynəlxalq Forumlar bu təşəbbüslərin əhəmiyyətli nümunəsidir.
Açar sözlər: Beynəlxalq forumlar, sülh, mədəni müxtəliflik, insan haqları, sosial ədalət, Azərbaycanın təşəbbüsləri, UNESCO, İSESCO, qloballaşma, ekstremizmlə mübarizə, miqrantların