Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: M.Əmənov

Açar sözlər: Onomastika, coğrafi adlar, toponimlər, komonimlər.
Key words: Onomastics, geographical names, toponyms, komonyms.
Ключевые слова:ономастика, географические названия, топонимы, комонимы
 

Onomastikanın ikinci mühüm sahəsi toponimikadır. Onomastikanın yer adlarını öyrənən sahəsinə toponimika deyilir. Öz obyektlərinin çoxtərəfliyi və zənginliyi ilə əlaqədar olaraq toponimika müxtəlif yer adlarını öyrənir. Onlardan dördü: oykonimlər, oronimlər, hidronimlər, drionimlər xüsusilə mühümdür (1, s. 181).
Toponimlər Şəhriyarın dilində antroponimlərdən sonra ən çox işlənən onomastik vahiddir. Qədim zamanlardan başlayaraq Azərbaycan ərazisində azərbaycanlılarla birgə müxtəlif azsaylı xalqlar yaşamış və indi də yaşamaqdadır. Bu xalqlar da öz dillərində müxtəlif toponimik adlar yaratmış və bununla da Azərbaycan dilinin toponomik sistemi zəngin və mürəkkəb bir şəkil almışdır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dilinin toponomik sisteminin əsasında milli mənşəli onomastik adlar dayanır. Təbii ki, Azərbaycan dilində mövcud olan toponimik vahidlər eyni zamanda yaranmamışdır. Bu baxımdan dilimizdəki toponimləri üç müxtəlif qrupa ayırmaq olar: 1) ən qədim toponimlər; 2) qədim toponimlər; 3) yeni toponimlər.


Baxış: 1660