https://doi.org/10.36719/2789-6919/40/21-24

Yeganə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

yeganememmedova.doc@gmail.com

https://orcid.org/0000-0001-8319-8849

 

Məktəbəqədər dövrdə təlimin təşkilinin uşaqların

idrakının inkişafına təsiri

 

Xülasə

Təlim prosesi uşağın idrak yolundakı hərəkəti ilə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim tələb edir ki, məlumat uşağa valideyn və ya tərbiyəçi tərəfindən hazır ötürülməsin, uşaq məlumatı özü əldə etsin. Təlimin təşkili zamanı uşaq yeni biliklər öyrənir, bu öyrəndiklərini təkcə dərsdə, məşğələdə tətbiq eləmir, həmçinin öz real həyatında da istifadə edir.

Müəllim uşağı fəallığa sövq etməlidir, onda həvəs, istək yaratmalıdır. Təlim prosesi daha çox uşağa şərait yaradır ki, uşaq özü axtarış eləsin, öz bildiklərini ortaya qoysun. Müəllim isə bu prosesdə uşağa yol göstərir. Fərqli yanaşma tərzini uşağa aşılayır. Təlim prosesinin daha aktiv, daha maraqlı keçməsi təlimdə istifadə olunan metodlardan, vəsaitlərdən asılıdır. Müəllim müxtəlif vəsaitlərlə təlimi təşkil etməlidir. Bu zaman uşaq daha fərqli mühakimələrdən istifadə edir, öz düşüncəsini daha da formalaşdırır. Məktəbəqədər müəssisədə təhsilin səmərəli qurulması üçün  mühit təlimə uyğun olmalı və uşaqların öyrənmə prosesində ünsiyyət və əlaqə yaratmasına imkan verməlidir. Təlimin əsas vəzifələrindən  biri odur ki, o uşaqda biliyə yiyələnmə həvəsini artırır, uşaq özü bilik öyrənməyə can atır.

Açar sözlər: məktəbəqədər dövr, təlim prosesi, uşaqyönümlü, inkişafetdirici mühit, idrakın inkişafı


Baxış: 104