Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/96/51-56

Yeganə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

pedaqogika üzrə fəlsəfə doktoru 

yeganememmedova.doc@gmail.com


MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARIN NİTQİNİN 

ƏMƏK PROSESİNDƏ İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI


Xülasə

Uşağı əmək fəaliyyətinə hazırlamaq, onda əməksevərlik hissi tərbiyə etmək məktəbəqədər uşaq müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Bu dövrdə uşaqların əməyi özünəməxsus xüsusiyyətlərə malikdir. Əmək prosesi realdır, çünki uşaq real əşyalarla iş görür. Uşaq əməyi, onun müvəffəqiyyətini o vaxt dərk edir ki, onu yaşlıların fəaliyyətində müşahidə etsin, hekayə və nağıllardan, dinlədiyi kitablardan eşitsin, baxdığı şəkillərdə görsün. Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinin təşkili işin planlaşdırılması və düzgün başa düşülməsindən çox asılıdır. Uşaqların əmək fəaliyyəti nə qədər məqsədyönlü və aydın olarsa, onun yerinə yetirilməsi bir o qədər maraqlı və müfəssəl olar. Əmək məktəbəqədər yaşlı uşaqların dünyagörüşünün formalaşmasında, ətraf mühitin düzgün dərk edilməsində və ona müsbət münasibət bəslənməsində böyük rol oynayır.

Açar sözlər: məktəbəqədər təhsil, əmək prosesi, nitq inkişafı, ətraf  mühit, yollar, vasitələr


Yegana Mammadova

Azerbaijan State Pedagogical University

PhD in pedagogy

yeganememmedova.doc@gmail.com


Ways to develop children's speech in the labor process in pre-school educational institutions


Abstract

Preparing a child for work, instilling a sense of diligence in him is one of the most important tasks facing preschool children's institutions. Children's work in this period has its own characteristics. The labor process is real, because the child works with real objects. Child labor realizes its success when he observes it in the activities of adults, hears it from stories and fables, books he listens to, and sees it in the pictures he looks at. The organization of labor activities of preschool children depends greatly on the planning and proper understanding of the work. The more purposeful and clear the labor activity of children is, the more interesting and detailed its performance will be. Work plays a big role in the formation of the worldview of preschool children, in the correct understanding of the environment and in fostering a positive attitude towards it. 

Keywords: preschool education, labor process, speech development, environment, ways, means




Baxış: 405