Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/47/15-19

Yeganə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8319-8849

yeganememmedova.doc@gmail.com

 

Məktəbəqədər yaş dövründə düzgün nitq və tələffüz vərdişlərinin formalaşdırılması: metod və yanaşmalar

 

Xülasə 

Məktəbəqədər yaş dövründə ana dili uşaqların zehni və mənəvi inkişafında həm qaynaq, həm də təsir vasitəsi kimi çıxış edir. Uşaqlar təxminən iki yaşından etibarən danışmağa başlayır və 6-7 yaş­larında artıq sosial ətrafla tam ünsiyyət qurmaq qabiliyyəti əldə edirlər. Nitqin inkişafı sahəsində həyata keçirilən fəaliyyətlərdən biri də düzgün və ədəbi tələffüz bacarıqlarının formalaşdırılmasıdır. Bu istiqamət şifahi nitqin formalaşmasında böyük rol oynayır. Səslərin düzgün tələffüzünə yönəlik fəaliyyətlərə diqqətlə və mərhələli yanaşmaq lazımdır. Belə işlər Azərbaycan dilinin fonetik və or­fo­epik qaydalarına əsaslanaraq təşkil olunur ki, bu da sözlərin norma daxilində ifadəsinə xidmət edir. Fonematik dinləmə bacarığı, nəfəsin idarə olunması, səsin ahəngi və intonasiya ilə işləmə ba­carıqları səs mədəniyyətinin əsas komponentlərindəndir. Əgər bir uşaq səsləri və sözləri düzgün səs­ləndirə bilmirsə, onun söz ehtiyatı geniş və cümlələri qrammatik cəhətdən düzgün olsa belə, dedikləri başa düşülməyə bilər. Bu səbəbdən də uşaqlarda erkən yaşlardan səslərin düzgün tələffüzü və fonetik vərdişlərin formalaşdırılması zəruridir. Məktəbəqədər mərhələdə olan uşaq fonematik dinləmə bacarığını inkişaf etdirməli, dilin bütün səslərini düzgün səsləndirməli, sözlərdəki səslərin və hərflərin miqdarını və ardıcıllığını müəyyənləşdirməyi, yalnız bir səslə fərqlənən sözləri ayırd etməyi bacarmalıdır.

Açar sözlər: ana dili, səs tələffüzü, fonematik dinləmə, nitq mədəniyyəti, metodika


Baxış: 305