Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/14/11-15

Zeynəbxanım Vaqif qızı Ələkbərova

                                 ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

zeynebkhanim.alakbarova0@teams.adpk.edu.az                                                                                                                


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN ESTETİK TƏRBİYƏSİNİN ƏHƏMİYYƏTİ


Xülasə

Məqalədə məktəbəqədər yaşlı uşaqların gözəlliyi dərk etmək və qiymətləndirmək qabiliyyətinin inkişaf etdirilməsinin, onlarda həyata, əməyə, təbiətə, incəsənətə, estetik münasibət formalaşdırılmasının vacibliyi təhlil edilir.

Estetik tərbiyə uşaqların ətraf mühitlə maraqlanan, ünsiyyətcil, müstəqil, yaradıcı şəxsiyyətlər kimi inkişafında müstəsna əhəmiyyətə malikdir. Buna nail olmaq üçün ilk növbədə onların estetik qavrayışını, estetik hisslərini və ideyalarını sistemli şəkildə inkişaf etdirmək lazımdır.

Estetik tərbiyə məktəbəqədər təhsil müəssisəsində bütün tərbiyə işləri ilə birlikdə həyata keçirilməlidir. Uşaqların estetik inkişafının təşkili formaları çox müxtəlifdir və bu işin effektivliyi məktəbəqədər uşağın bütün fəaliyyət növlərində özünü göstərir.

Məqalədə uşağın estetik tərbiyəsini uğurla təşkil etmək üçün lazımi şəraitin yaradılmasının, onları uşaq ədəbiyyatı, musiqi, xalq yaradıcılığı və rəssamlığın ən yaxşı nümunələri ilə tanış etməyin vacibliyi qeyd edilmişdir.

Açar sözlər: estetik tərbiyə, uşaq, məktəbəqədər müəssisə, uşaq yaradıcılığı, inkişafetdirici mühit


Zeynabkhanim Vagif Alakbarova

Azerbaijan State Pedagogical College under ASPU

zeynebkhanim.alakbarova0@teams.adpk.edu.az                                                                                                                


Importance of aesthetic education of preschool children


Abstract

The article analyzes the importance of developing the ability of pre-school children to understand and appreciate beauty, to form an aesthetic attitude towards life, work, nature, art.
Aesthetic education is of exceptional importance in the development of children interested in the environment, sociable, independent, creative personalities. To achieve this, first of all, it is necessary to systematically develop their aesthetic perception, aesthetic feelings and ideas.
Aesthetic education should be carried out together with all educational activities in a preschool educational institution. The forms of organization of aesthetic development of children are very diverse, and the effectiveness of this work is manifested in all types of activities of a preschool child.
In the article, the importance of creating the necessary conditions for the successful organization of the aesthetic upbringing of the child, introducing them to the best examples of children's literature, music, folk creativity and painting is mentioned.
Keywords: aesthetic education, child, preschool, children's creativity, developmental environment



Baxış: 509