Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Nurullayeva Günel İlham qızı
Açar sözlər: nitq, təbiətlə tanışlıq, ətraf aləm, nitq ünsiyyəti, diksiya, intonasiya
Key words: Introduction speech, nature, environment, speech communication, enunciation, intonation
Ключевые слова: Речь, знакомство с природой, окружающий мир, речевое общение, дикция, интонация
 

Təhsil sistemimizin demokratik əsaslar üzərində qurulduğu müasir dövrdə məktəbəqədər təhsil müəssisələrinin əsas vəzifəsi uşaqları hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi yetişdirməkdir. Bu vəzifəni yerinə yetirmək üçün isə əvvala uşaqlarda ana dilinə məhəbbət oyatmaq, onun zənginliyindən istifadə etmək, öz fikrini aydın, obrazlı və rabitəli şəkildə ifadə etməyi öyrətmək lazımdır. Təbii ki, bütün bunlar nitqin inkişafı ilə bağlıdır. Uşaqların gözəl, aydın rabitəli nitqə yiyələnməsi məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı üzrə təşkil edilmiş məşğələlərdə öz həllini tapır. 
Nitq insanların həyatında ən vacib amillərdən biridir. İnsanlar ilk növbədə, nitqin köməyi ilə ünsiyyət saxlayır. Bir – birini başa düşür, öz arzularını, hisslərini ifadə edirlər. Nitq elə bir güclü vasitədirki, bununla insanlar bir – birlərinə təsir göstərməyi bacarırlar. Söz adamları əməyə, qəhrəmanlığa, sülhə çağırır. Pis əməllərdən çəkindirir, ağladır, sevindirir, güldürür, onlarda yaşamağa səmərəli fəaliyyət göstərməyə inam yar


Baxış: 3897