Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: G.Qəniyeva
Аçаr sözlər: tərkib, сümlə, sxem, məsdər, dil
Key words: construction, sentence, scheme, infinitive, language
Ключевые слова: конструкция, предложение, схема, инфинитив, язык


Müxtəlif  dillərdə  ―infinitiv"  və  ya  ―məsdər"  termini  müxtəlif  cür  səciyyələnir.  Məsələn,  Azərbaycan  dilində, eləcə də ümumi dilçilikdə ―feili isim", ―feili sifət" kimi qəbul olunan sözlər bəzən ―növi-məsdər", bəzən ―ismi feil" kimi göstərilir [8, s.11].
İngilis dilində məsdərin tərkib əmələ gətirmə xüsusiyyəti vardır. M.Adilov, Z.Verdiyeva, F.Ağayevanın ―İzahlı dilçilik terminləri lüğəti"ndə ―tərkib" sözü aşağıdakı kimi səciyyələndirilir:
―Tərkib dilin qrammatik qanunları əsasında nitqdə birləşmələr şəklində təzahür edən sintaktik vahiddir. Məsdər tərkibi məsdərə aid olub ondan əvvəl gələn sözlərlə bu məsdərin birləşməsindən ibarət konstruksiyadır" [3, s.162]. Dilçilikdə  ―tərkib"  termini  ilə  yanaşı,  tez-tez  ―konstruksiya"  termini  də  işlənir.  ―Konstruksiya  müəyyən  qrammatik əlaqələrinə əsasən dil vahidlərinin nitq prosesində bir-biri ilə əlaqələnməsi, birləşməsi nəticəsində meydana çıxan sintaktik tam, bütövdür" [3, s.141].

Baxış: 3334