Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: M.Ə. Abdullayeva
Açar sözlər: məna əlaqəsi, ardıcıl zaman, eynizamanlılıq
Key words: relation of meaning, consecutive time, simultaneousness
Ключевые слова: отношение смысла, последовательное время, одновременность


Mətn tədqiqatçıların diqqətini müxtəlif aspektlərdə cəlb edir. Mətnşünaslıq ənənəvi olaraq qədim mətnlərin filoloji öyrənilməsi ilə məşğul olur. Nisbətən gənc fənn olan mətn dilçiliyi öz obyektinə başqa baxış bucağı altından baxır. Onun tədqiqat predmeti mətnin qurulması, formalaşan mənanın həm formal, həm də məzmun strukturu baxımdan mətni yaradan elementlərdir. Beləliklə, mətn dilçiliyi mətnin hər şeydən əvvəl hər hansı bir struktur kimi başa düşülməsinə yönəlir.
Hazırda dilçilikdə mətnin üç yüzdən çox tərifinə rast gəlmək olar. L.M.Loseva qeyd edirdi ki, "mətn – dilçilik tədqiqatlarının ən mürəkkəb obyektlərindən biridir, buna görə elm hələ mətnin ümumi qəbul olunan tərifini işləyib hazırlaya bilməmişdir" (7, 14). "Mətn" sözünün özünün təbiətindən çıxış edərək Q.Y.Solqanik belə bir tərif verir: "Mətn (latınca textus – parça, toxuma, birləşmə) – məna və qrammatik əlaqə ilə birləşmiş nitq vahidlərinin: söyləmlərin, frazafövqü bütövlərin (nəsr qitələrin), fraqmentlərin, bölmələrin ardıcıllığıdır" (8,16).

Baxış: 1287