Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Ölməz Ümit
Açar sözlər: fonematik eşitmə, fonematik qavrayış, fonem, nitq.
Key words: phonemic insight, phonemic hearing, phonemes, speech
Ключевые слова: фонематический слух, фонематическое восприятие, фонема, речь
 

Fonematik eşitmə-bu incə sistemləşdirilmiş öz ana dilinin fonemlərini tanıma ğa və fərqləndirməyə imkan verən bir sistemləşdirilmiş eşitmədir. 
Fonematik eşitmə fizioloji eşitmənin bir hissəsi olaraq eşidilmiş səsləri onların in sanın hafizəsində həkk olunmuş etalonları ilə müqayisəsinə yönəldir.
«Fonematik eşitmə» anlayışını fonematik qavrama anlayışından fərqləndirmək lazımdır. 
Fonematik qavrayış - bu fonemlərin fərqləndirilməsi və sözün səs tərkibinin müəy yənləşdirilməsi bacarığıdır. Sözdə neçə heca, səs olduğunu, səslərin söz əvvəlində, ortasında və ya sonunda gəlməsi, sait və ya samit olması, kar, cinfilitili və s. məhz fonematik qavrama bu məsələləri həll edir.
Fonematik eşitmə və fonematik qavramanın düzgün inkişafı əsasında uşaqlarda nitqin inkişafı, məktəb təlimi dövründə oxu və yazıya yiyələnmə ilə həyata keçirilir. Aparılan müşahidələr göstərir ki, uşaqlarda çox zaman səs tələffüzünün pozul maları eşitmə qavraması ilə bağlı olur.Uşaqlarda fonematik qavrayışın diaqnostikasından öncə mütləq onun fiziki eşitmə vəziyyəti nəticələri ilə tanış olmaq lazımdır. Tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki. erkən inkişaf mərhələsində eşitmənin cüzi itirilməsi belə nitq səslərinin fərqləndirilməsini, və onların düzgün və dəqiq tələffüzünü çətinləşdirir.Normal eşitmə itiliyi fonematik qavrayışın formalaşması üçün ən başlıca şərtdir. Lakin normal fiziki eşitməsi olan uşaqlarda çox zaman fonemlərin incə differensasiya əlamətlərinin fərqləndirilmə sin də spesifik çətinliklərin olması və onların uşağın nitqinin səs tərəfinin inkişa fı gedişinə mənfi təsiri müşahidə olunur.Eşitmə ilə səslərin differensasiya çətinlik ləri ikincili olaraq səs tələffüzünün formalaşmasına mənfi təsir göstərə bilər.


Baxış: 2057