Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Aynur Qələndər qızı Mustafayeva

Açar sözlər: Mirzə Cəlil, İskəndər, Rind və Zahid, Məcnun
Key words: Mirza Jalil, Iskender, Rind and Zahid, Mejnun
Ключевые слова: Мирза Джалил, Искендер, Ринд и Захид, Меджнун

Mirzə Cəlilin yaradıcılığının başqa sahələri kimi, dramaturgiyası da yeni-yeni tədqiqat əsərləri yazmaq üçün zəngin material verən bir xəzinədir. Onun dramaturgiyasının şah əsəri “Ölülər”dir. M. İbrahimov qeyd edir ki, “Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizəsini əks edən bir əsərdir. Azərbaycan ədəbiyyatında istər inqilaba qədər və istərsə də ondan sonra mövhumat əleyhinə yazılmış əsərlər içərisində “Ölülər” qədər güclü klassik əsər yoxdur”. (4, s.138) Amma onu da qeyd etməliyik ki, bu əsəri təkcə dini mövhumatın ifşasına həsr olunmuş bir əsər kimi şərh etmək doğru deyil. Çünki əsərdə toxunulan problemlər ailə, əxlaq, kəbin, təhsil, tərbiyə, qadın hüququ məsələlərindən tutmuş, milli şüurumuzun və ictimai həyatımızın bütün sahələrini əhatə edir.

Baxış: 991