Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: İ.Qulusoy

Açar sözlər: Mirzə Fətəli Axundzadə, Azərbaycan dili, XIX əsr, mürəkkəb tabeli cümlə
Key words: Mirza Fatali Akhundzada, Azerbaijani language, XIX century, predicative subordinate clauses
Ключевые слова: Мирза Фатали Ахундзаде, азербайджанский язык, XIX век, сложноподчиненные предложения
 

M.F.Axundzadə görkəmli dramaturq, nasir və realist ədəbiyyatın qüdrətli simalarından biri kimi Şərq xalqlarının milli intibahında, mədəni və mənəvi tərəqqisində böyük səy göstərmiş, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs qoymuşdur. Böyük sənətkarın demokratik fikirləri, maarifçilik və tərəqqipərvərlik ideyalları bədii nəsr janrında yeni vüsət, yeni məna dərinliyi, yeni qüdrət, yeni təsir gücü, yeni siyasi kəskinlik kəsb etmişdir. (1, 169). M.F.Axundzadə öz pyesləri ilə milli ədəbiyyatımızın real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, ona dövrün aktual ictimai-siyasi məsələləri və problemləri ilə bağlı olan yeni mündəricə, yeni ideyalar gətirmiş və ədəbiyyatımızda yeni bir ədəbi formanın mükəmməl təməl daşlarını qoymuşdur. (2, 15). T.Məmmədin qeyd etdiyi kimi, M.F.Axundzadənin komediyaları öz dili, mövzusu, ideyası, obrazları, əks etdirdiyi məişət baxımından milli hadisədir. (3, 130).


Baxış: 1600