https://doi.org/10.36719/2789-6919/42/28-34
Ziyafət Əmirov
Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası
texnika elmləri namizədi
https://orcid.org/0009-0005-6358-5768
zamirov@inbox.ru
Müjkan Məmmədzadə
Hərbi Elmi Tədqiqat İnstitutu
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-5693-3748
Müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemləri
Xülasə
Məqalədə müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemlərindən bəhs olunur. Belə ki, təcrübə göstərir ki, informasiya cəmiyyətinə qədəm qoymuş ölkələrdə formalaşmış informasiya mühiti, informasiya ehtiyatları və informasiya texnologiyaları sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın həm səviyyəsini, həm də dinamikasını müəyyən edir.
Cəmiyyətin informasiyalaşdırılması texniki, texnoloji, sosial, iqtisadi, siyasi və mədəni komponentlərin üzvi qarşılıqlı əlaqədə olduğu, sosial orqanizmin bütün strukturunu keyfiyyətcə dəyişdirən çoxşaxəli prosesdir. İnformasiya cəmiyyətinin formalaşması sosial-iqtisadi, siyasi münasibətlərdə köklü dəyişikliklərlə yanaşı, mədəniyyətdə, mənəvi həyatda və məişətdə də dəyişiklikləri əks etdirir. Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, informasiyalaşdırma, yaxud informasiya cəmiyyətinin formalaşması təkcə texniki və texnoloji deyil, bütün ictimai münasibətlər sisteminin sosial-texnoloji və intellektual-humanitar transformasiyasıdır.
Məqələdə sosial şəbəkələrdə istifadəçilərin qurbana çevrilməsinin qarşısının alınması və risklərin minimuma endirilməsi üçün ölkənin təhsil sistemində informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə ixtisasların effektli tədrisinin təşkil edilməsinə, müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasına dövlət dəstəyinin gücləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə ali təhsil müəssisələrində ixtisaslaşmış fiziki laboratoriyaların, maliyyə imkanlarının məhdud olduğu ali təhsil müəssisələrində və təşkilatlarda isə analoji virtual laboratoriyaların yaradılması və bu laboratoriyalarda elmi-tədqiqat xarakterli praktiki işlərin icrasının geniş şəkildə aparılması, yetkinlik yaşına çatmayan istifadəçilərin sosial şəbəkələrdən istifadəsinin mümkün qədər məhdudlaşdırılması, bu mümkün olmadıqda isə təhlükəsiz şəkildə istifadə qaydalarının onlara öyrədilməsi və s. hərəkətlərin icrasını məqsədəuyğun hesab edilmişdir.
Açar sözlər: informasiya, dezinformasiya, fərd, cəmiyyət, informasiya cəmiyyəti, sosial şəbəkə savadlılığı, fırıldaqçılıq