Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/47/26-31

Dilarə Əliyeva

 Bakı Slavyan Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-1591-2399

delara@inbox.ru

 

Müasir rus ədəbiyyatında yeni realizm:

yeni formaların axtarışı

 

Xülasə 

Əsrin əvvəllərində müasir rus ədəbiyyatı cəmiyyətdə baş verən dərin mədəni və sosial dəyi­şik­lik­ləri əks etdirir. Bu kontekstdə, uzun tarixə malik olmasına baxmayaraq, dəyişməkdə və yeni şərtlərə uyğunlaşmaqda davam edən realist ənənəni yenidən nəzərdən keçirmək xüsusilə vacibdir. “Yeni realizm” adı ilə tanınan müasir ədəbi cərəyan, bir sıra çağdaş müəlliflərin – o cümlədən Z.Prilepin, R.Sençin, S.Şargunov, D.Qutsko, G.Sadulayev, İ.Abuzərov, A.Qəniyeva, V.Pustovaya və başqalarının – fəal iştirak etdiyi konsolidə olunmuş mədəni-bədii məkanı təmsil edir.

Bu tendensiya, bir tərəfdən, “yeni” sifətini yalnız narrativ strategiyaların xüsusiyyəti kimi deyil, həm də ədəbi diskursda simvolik özünü təqdimetmə aktı kimi qəbul edən gənc yazıçıları birləşdirir. Digər tərəfdən, “yeni realistlər” postmodernist estetikaya qarşı tənqidi mövqe sərgiləyərək, psixoloji antropomərkəzlik və sosial mövqe tutma kimi xüsusiyyətləri ilə seçilən klassik rus nəsrinin ənənə­lərinə dönüşün vacibliyini vurğulayırlar.

Cəmi on ildən bir qədər artıq tarixə malik olmasına baxmayaraq, “yeni realizm” geniş bədii nəsr, esseistika və tənqidi məqalələr korpusu ilə yanaşı, manifest və avtobioqrafik yazılarla da təm­sil olunur. Son iki ildə bu istiqamətə marağın, təqribən yeddi-səkkiz il əvvəlki zirvə dövrü ilə müqa­yi­sədə müəyyən dərəcədə azaldığı müşahidə olunsa da, onun XXI əsrin əvvəllərindəki ədəbi pro­sesə verdiyi töhfə əhəmiyyətlidir və elmi araşdırmalara layiqdir.

Açar sözlər: yeni realizm, bədii transformasiya, həyat həqiqəti, mif və gündəlik həyat, üsyan, qa­rışıqlıq, araşdırma, təhlil


Baxış: 466