Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/153-157

Lalə Qocayeva

Gəncə Dövlət Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-5698-1639

lalaqocayeva1@gmail.com

 

Müasir təlim texnologiyalarının riyaziyyat dərslərində tətbiqi

 

Xülasə

 

Məqalədə müasir təlim texnologiyalarının riyaziyyat dərslərində tətbiqinin əhəmiyyəti və üstünlükləri araşdırılmışdır. 21-ci əsr informasiya texnologiyalarının və rəqəmsal dünyanın inkişaf dövrüdür. Təhsil sistemi də bu inkişafdan geridə qala bilməz. Ənənəvi təlim metodlarının müasir dövrün tələblərinə cavab verməməsi, şagirdlərin marağını və aktivliyini azaltması təhsil sahəsində yeniliklərin tətbiqini zəruri edir. Riyaziyyat isə təfəkkür və məntiqin əsas təməlidir və bu fənnin tədrisində texnologiyaların tətbiqi şagirdlərin həm dərsi daha yaxşı qavramasına, həm də riyazi düşüncə qabiliyyətinin inkişafına müsbət təsir göstərir.

Texnologiyaların istifadəsi dərslərin daha interaktiv, vizual və şagird- yönümlü keçirilməsinə imkan yaradır. Müəllimlər üçün praktik tövsiyələr və istifadə edilə bilən rəqəmsal resurslar təqdim olunmuş, adaptiv öyrənmə və avtomatlaşdırılmış qiymətləndirmə metodlarının tətbiqi izah edilmişdir. Nəticədə, bu texnologiyalar riyaziyyat tədrisinin keyfiyyətini artırmaq və şagirdlərin motivasiyasını yüksəltmək üçün effektiv vasitə kimi dəyərləndirilmişdir.

Açar sözlər: elektron təhsil, riyaziyyat, rəqəmsal resurslar,  innovasiya, İKT, təlim, texnologiya


Baxış: 30