Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/74-77

Nərmin Qocayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0000-9181-4509

narminqojayeva23@gmail.com

 

Müharibədən sonra bərpa olunan Qarabağ toponimlərinin ilkin etimoloji qatlara görə təsnifi

 

Xülasə

 

Dilin söz ehtiyatının mühüm qatını təşkil edən onomastik vahidlərin, xüsusilə də toponimlərin öyrənilməsi xalqların tarixi köklərinin araşdırılması üçün böyük əhəmiyyət daşıyır. Çünki hər bir xalqın keçmişini yaşadan əsas göstəricilərdən biri həmin xalqın sahib olduğu coğrafi məkanların adlarıdır. 2020-ci il Vətən müharibəsindən sonra Qarabağ bölgəsində tarixi-coğrafi obyektlərin adlarının bərpası Azərbaycan onomastikasında yeni mərhələ yaratdı. Bu məqalədə işğaldan azad olunmuş ərazilərdə qaytarılan yer adlarının ilkin etimoloji mənşəyi araşdırılır və toponimlər qədim türk qatına, irandilli qata, alban qatına və yeni dövr toponimlərinə görə sistemləşdirilir. Adların əvvəlki formaya qaytarılması Qarabağda tarixi yaddaşın, milli kimliyimizin, dilimizin, mədəniyyətimizin, dini dəyərlər və adət-ənənələrimizin yenidən canlandırılması deməkdir.

Açar sözlər: Qarabağ, toponimika, etimologiya, bərpa edilmiş adlar

 


Baxış: 18