Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məmmədova Nərmin Hamlet qızı 
Açar sözlər: Lənkəran ədəbi mühiti, “Fövcül-füsəha” ədəbi məclisi, M.İ.Qasir, M.Talışlı
Key words: Lankaran literary environment, "Fovcul-fusəha" literary council, M.I.Qasir, M.Talıshlı
Ключевые слова: литературная среда Ленкорани, "Fovcul-fusəha" литературный совет, М.И.Гасир, М.Талышлы
 

Lənkəranda şairlər məclisi 1850-ci ildən mövcud olmuşdur. Bu vaxtlar məclisə M.F.Səhban və Usta Hüseynqulu rəhbərlik etmişlər. Tədqiqatçı-alim M.Talışlının qeyd etdiyi kimi: “ Təxminən 10 il sonra (1860-cı illərdə) M.İ.Qasir Lənkərana gəlir” [6, s.25]. “Fövcül-füsəha” nın digər məclislərdən fərqli cəhətləri onun strukturu və fərdi tərkibi ilə bağlı idi: məclisin içində şeir, ədəbiyyatından başı çıxan hər bir sənət sahibi iştirak edə bilərdi. Burada varlı və yoxsula fərq qoyulmur, əsas meyar məclis üzvünün ədəbi qabiliyyəti, şeirləşmə bacarığı, fərdi poeziyası və elmi müzakirələrdə iştirak etmək səviyyəsi sayılırdı. Ömründə şeir yazmayan müxtəlif peşə sahibləri də mənəviyyatca zənginləşmək, milli ədəbiyyatı öyrənmək, həmçinin ictimai-tarixi vəziyyətdən baş çıxarmaq üçün məclisin içində iştirak edə bilərdi. Güman etmək olar ki, “Fövcül-füsəha”nın belə demokratikliyi onun yaradıcısı Mirzə İsmayıl Qasirin sayəsində təmin olunmuşdu” [1, s.37]. 
Lənkəran ədəbi məclisi iki bölümdən ibarət olmuş, birinci bölümü ancaq şeir yazan, məclisdəki şeirləşmələrdə iştirak edən şəxslər, ikinci bölümü isə məclis üzvlərinin şeirlərini dinləyən, ədəbi-elmi müzakirələrə qoşulan, öz bilik və təsəvvürlərini genişləndirməyə toplaşan şəxslər təşkil etmişlər. 
Araşdırmalardan belə qənaətə gəlmək olur ki, “Mirzə İsmayıl Qasir ömrünün Lənkəran çağlarını başlıca olaraq “Fövcül-füsəha”ya həsr etmiş, onun dağılmaması, əksinə, bu məclisin təsiri ilə ölkənin başqa ərazilərində məclisçilik hərəkatının genişlənməsinə çalışmışdır” [1, s.41].


Baxış: 1356