Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məmmədzadə Arzu Asəf qızı
Açar sözlər: portret , qadın, kolorit ,müstəqillik, müasir, milli 
Key words: portrait, woman, coloring, independence, modern,national
Ключевые слова: портрет,женщина,раскраска,независимость,современный, традиция
 

Müstəqillik qazandıqdan sonra Sovet ideologiyasından azad olmuş Azərbaycan incəsənəti yeni irəliləyiş yoluna qədəm qoyur.Əvvəlki dövrlərdə olduğu kimi bəhs etdiyimiz dövrdə yaradılan portretlərdə də qadın obrazları aparıcı yer tutmaqda davam edirdi.Rəssamlarımız ailə üzvlərinin,dostlarının həmçinin ictimai həyatın hər bir sahəsində fəaliyyət göstərən xanımların da obrazlarını portret qaleriyalarına daxil edilirdilər.
Müasir rəngkarlığımızın görkəmli nümayəndələrindən olan Altay Sadıqzadənin maraqlı işlərindən biri "Axşam" (1993) əsəridir. Burada günəşin istisindən əldən düşmüş şlyapalı qadın günün günbatan çağında ağacın yarpaqları arasında əlində böyük tut yarpağı ilə təsvir olunub. Primitiv və lakonik təsvir üslubuna baxmayaraq portretdə insanın istirahət dəqiqələrində ətraf aləmə olan etinasızlığı, laqeydliyi ,sakitlik və rahatlıq halı olduqca dəqiq əks olunub.


Baxış: 945