DOI: https://doi.org/10.36719/2663-4619/84/123-129
Leyla Üzeyir qızı Həsənova
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
dissertant
MÜXTƏLİF İLLƏRƏ GÖRƏ PERSPEKTİVLİ GENOTİPLƏRİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə
Məqalədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Tərtər və Qobustan Bölgə Təcrübə Stansiyalarında becərilən perspektivli və plastik buğda sortları olan Xəzri və Qobustanın 2020-2021-ci illərə görə keyfiyyət və texnoloji göstəriciləri müqayisəli şəkildə verilmişdir. Həmçinin bu genotiplərdə kleykovinanın və KDİ c.g.nin saxlama müddətindən asılı olaraq dəyişmə dinamikası izlənilmişdir. Genotiplərin maksimum hansı müddətə kimi öz keyfiyyətini saxlamasını öyrənmək üçün hər 10 gündən bir kleykovinanın və KDİ-nin necə dəyişməsi analiz edilərək müəyyən nəticələr əldə olunmuşdur. Bununla yanaşı göstəricilər də öyrənilmişdir. Natura kütəsi buğdanın dən keyfiyyətinin əsas kriteriyalarından biri olub, un çıxımı ilə sıx korelyasiya əlaqəsinə malikdir. Öyrəndiyimiz Qobustan sortunda bu göstərici müxtəlif illərdə 751-804 l/q arasında dəyişmişdir.
Həmçinin genotiplərdə cücərmə enerjisi və cücərmə faizi də öyrənilmişdir. Laborator şəraitdə cücərmə enerjisinin öyrənilməsi dənləri sağlam saxlamaq üçün olduqca vacibdir. Genotiplərin cücərmə enerjisinin yüksək olması məhsuldarlığın yüksək olmasına zəmin yaradır. Sedimentasiyanın öyrənilməsi sortların qiymətləndirilməsində əsas rol oynayır.
Açar sözlər: buğda, keyfiyyət göstəriciləri, qlüten, zülal, dən, genotip
Leyla Uzeyir Hasanova
Comparative analysis of quality indicators of promising genotypes
for different years
Abstract
The article compares the qualitative and technological indicators of Khazri and Gobustan, promising and plastic wheat varieties cultivated in the Tartar and Gobustan Regional Experiment Stations of the Research Institute of Crop Husbandryfor 2020-2021. Also, the dynamics of changes of gluten depending on the storage time were monitored in these genotypes. In order to find out how long the genotypes can maintain their quality, certain results were obtained by analyzing how gluten change every 10 days. In addition, the indicators were also studied. Natural mass is one of the main criteria of wheat grain quality and has a close correlation with flour yield. In the studied Gobustan variety, this indicator varied between 751-804 l/g in different years.
I have also studied germination energy and germination percentage in genotypes. The study of germination energy under laboratory conditions is extremely important for keeping grains healthy. The high germination energy of genotypes creates the basis for high productivity. The study of sedimentation plays a key role in the evaluation of varieties.
Keywords: wheat, guality indicators, gluten, protein, grain, genotype