Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/50-53

Bənövşə Əsgərova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0001-8610-178X

banovshaasgarova85@mail.ru

 

Müxtəlifsistemli dillərdə qohumluq bildirən frazeoloji birləşmələrin sosio-linqvistik təhlili

 

Xülasə

Frazeoloji birləşmələr hər bir xalqın həyat təcrübəsini, tarixi keçmişini, adət və ənənələrini, mentalitetini, müdrikliyini, hazırcavablığını, mürəkkəb situasiyalardan baş çıxarmaq qabiliyyətini əks etdirən obrazlı linqvistik vahidlərdir. Zamanın sınağından çıxan, nəsildən-nəslə ən qiymətli yadigar kimi keçən frazeoloji vahidlər özlərinin kommunikativ-ifadə zənginliklərini saxlamaqla getdikcə cilalanır, saflaşır, məna siqləti, obrazlılığı artır, yeni-yeni məna çalarları kəsb edir. Dünyanın bütün dillərində frazeoloji vahidlərin yaranma yolları və üsulları eyni olmasa da, oxşar və universal cəhətləri çoxdur. Bu, hər şeydən əvvəl, dildaxili və dilxarici amillərin təsiri ilə izah oluna bilər.

Frazeoloji birləşmələrin bir qismi qohumluq terminləri leksikası əsasında formalaşır. Qohumluq terminlərinin iştirakı ilə yaranmış frazeologizmlər bütün dünya dillərində geniş yayılmışdır. Maraqlıdır ki, bu baxımdan bütün mövcud dil sistemlərində bir yaxınlıq hiss olunur. Bu baxımdan ayrı-ayrı dilləri birləşdirən universal xüsusiyyətlər daha çox nəzər-diqqəti cəlb edir. Qohumluq terminlərilə düzələn frazeologizmlərdə hər hansı bir qohumluq bildirən, ailə üzvlərinin münasibətlərini bildirən sözlərin iştirak etməsilə düzələn vahidlərdir. Qohumluq anlayışları ifadə edən sözlər bütün üslublarda işlədilir və frazeoloji vahidlərinin komponenti kimi xüsusi ekspressiv, üslubi çalarlıq ifadə edir. 

Açar sözlər: frazeoloji birləşmə, linqvistik təhlil, termin, üsul, etnoqrafik material

 


Baxış: 79