Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/109/104-108

Gülsüm Tağızadə

 Qərbi Kaspi Universiteti

 magistrant

 gulsumtagizade9@gmail.com

https://orcid.org/0009-0002-0841-5107

 

Nadir şahın Dağıstana hərbi səfərləri və onların nəticələri

 

Xülasə

XVIII əsrin ortalarında Nadir şahın Dağıstana yürüşləri vacib tarixi hadisələrdən biridir. Nadir şah Dağıstanın strateji əhəmiyyətini nəzarət altına almaq və bu regionu Əfşar dövlətinin haki­miyyəti altına almaq istəyirdi. Osmanlı İmperiyası və Rusiyanın da Dağıstanı ələ keçirmək istəyi, Nadir şahın bölgəni həm siyasi, həm də hərbi cəhətdən idarə etmək əzmini daha da gücləndirdi. Lakin yerli əhalinin sərt müqaviməti uzun və qanlı döyüşlərə səbəb oldu. Hərbi uğurlarına bax­mayaraq, Nadir şah Dağıstanda tam nəzarət əldə edə bilmədi. Bu uğursuzluğun səbəbləri arasında ordunun uzun müddət ərazidə qalması və bunun nəticəsində ciddi logistik və təchizat problemləri ilə üzləşməsi, coğrafi və iqlim şəraitinin çətinliyi və yerli əhalinin qətiyyətli müqaviməti dayanırdı.

Nadir şahın Dağıstan yürüşü Əfşar dövlətinə bir sıra mənfi təsir göstərdi: əsgərlərin ağır şərtlər altında üzləşdiyi çətinliklər onların vəziyyətini daha da ağırlaşdırdı, Dağıstana müdaxilə isə yerli liderlər ilə Əfşar dövləti arasında gərginlik yaratdı. Ümumilikdə, bu yürüş Əfşar dövlətinin siyasi, iqtisadi və sosial bazasını zəiflətdi və onun gələcək inkişaf perspektivlərini azaltdı.

Məqalədə təhlil və müqayisə metodlarından istifadə edilərək, Nadir şahın hərbi yürüşlərinin səbəbləri, gedişi və nəticələri detallı şəkildə araşdırılmışdır.

Açar sözlər: Nadir şah Əfşar, Dağıstan, Osmanlı imperiyası, üsyan, yürüyüş


Baxış: 106