Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Ələkbər Həsən oğlu Cabbarlı
Naxçıvan Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru, dosent
ecabbarli44@gmail.com

NAXÇIVAN TARİXİNƏ BİR NƏZƏR
Xülasə
Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
Qədim diyar olan Naxçıvan ən qədim insanların ilk yaşayış məskənləri olmuşdur. Hətta Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərinə də məlumatlar daxil edilmişdi.
Məqalədə qədim Oğuz yurdu Naxçıvanın bütün tarixi dövrlərinə toxunulmuş, ərazisi, tarixi-coğrafi şəraiti işıqlandırılmış, müxtəlif dövlətlərin tərkibində fəaliyyəti, əhalinin işğalçılara qarşı mübarizəsi, ictimai-iqtisadi, mədəni həyatı və s. məsələlər geniş şərh edilmişdir. Eyni zamanda, Naxçıvanın bu günkü tarixi və taleyi də geniş şəkildə işıqlandırılmış, ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən də bəhs edilmişdir.
Qeyd edilir ki, 1990-cı il iyunun 22-də Naxçıvan diyarının böyük yetirməsi, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi milli-demokratik hərəkatın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Naxçıvanlılar Heydər Əliyevin simasında öz xilaskarını tapdı. Tezliklə xalqın yekdil səsi ilə Naxçıvan MSSR Ali Sovetinə, Azərbaycan SSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev respublika əhalisinin güvənc yerinə çevrildi. Beləcə, Naxçıvanda milli oyanışın əsası qoyuldu.
Müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün qiymətli quruculuq və dövlətçilik salnaməsidir.
Açar sözlər: Azərbaycan, Naxçıvan, bəşər sivilizasiyası, Naxçıvan xanlığı, Atabəylər dövləti, Naxçıvan Konstitusiyası

Alakbar Hasan Jabbarli
A look at the history of Nakhchivan
Abstract
Closely connected with the ancient civilizations of the East, Nakhchivan has left a deep mark on the course of historical development. The rich history, scientific and cultural heritage of the Azerbaijan people has been formed in this land.
Nakhchivan, an ancient land, was the first settlement of the most ancient people. Information about Nakhchivan was even included in the works of Roman and Greek authors.
The article touches on all historical periods of the ancient Oghuz land of Nakhchivan, its territory, historical and geographical conditions, activities within different states, the struggle of the population against the occupiers, socio-economic, cultural life and so on. The issues have been widely commented on. At the same time, the current history and destiny of Nakhchivanhave been widely covered. Activities of great leader Heydar Aliyev in Nakhchivanhave also been discussed.
It is noted that the great political figure of the Nakhchivan land, prominent politician and statesmanHeydar Aliyev’s arrival to the region on June 22, 1990, led the national-democratic movementto a new stage. Nakhchivanpeople found their savior in the personality of Heydar Aliyev. Heydar Aliyev, who was soon elected a deputy to the Supreme Soviet of the Nakhchivan Autonomous Soviet Socialist Republic and the Supreme Soviet of the Azerbaijan SSR by a unanimous vote of the people, became a source of confidence for the people of the republic. Thus, the foundation of the national awakening was laid in Nakhchivan.
The comprehensive development of modern Nakhchivan is a valuable chronicle of the period of independence and statehood.
Key words: Azerbaijan, Nakhchivan, human civilization, Nakhchivan khanate, Atabey state, Nakhchivan Constitution




Baxış: 718