Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Ə.U.Əliyev

Açar sözlər: Allah, Nəsimi, kamil insan, eşq, həqq, kamillik
Key words: God, Nasimi, perfect man, love, correctness, perfection
Ключевые слова: Аллах, Насими, совершенный человек, любовь, справедливость, совершенство
 

Nəsimi şəxsiyyətini, dünyaya baxış fəlsəfəsini, deyim-duyum bacarığını, ən yüksək şairlik simasını, əsrlərin daş yaddaşına nəqş edib, bu günümüzə çatdıran onun təkrarolunmaz yaradıcılığıdır. Nəsimi yaradıcılığı qəzəl, müstəzad, tərcibənd, məsnəvi, müləmmə, rübai və tyuğlarla cilalanmış bir xəzinədir. Onun şeirlərini oxuduqca belə qənaətə gəlirəm ki, Nəsimi öz şeirlərini bədahətən demiş və sonradan yazıya almışdır. Çünki şeirlərindəki xitabən söyləmələr, şeir dilinin canlı danışıq dilinə yaxın olması, çağırış xarakterli nidalar, ritorik suallar, əmr-fərman xarakterli deyim və duyumlar bu fikri söyləməyə əsas verir. 
Nəsimi yaradıcılığının müəyyən məsələləri ədəbi nəzəri fikirdə öz əksini tapmışdır. Belə ki, 1.Ana dilində yazılan fəlsəfi qəzəlin banisi olması, 2.Azərbaycan türkcəsinin tarixi inkişafında Nəsimi yaradıcılığının müstəsna əhəmiyyəti, 3.Azərbaycan dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibənd yazan Nəsimi olmuşdur və s.


Baxış: 1311