https://doi.org/10.36719/2663-4619/109/131-137
Bənövşə Qasımova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0004-4295-5347
Nəsibə Əzizova
Naxçıvan Dövlət Universiteti
azizovanasiba23@gmail.com
Neyroplastiklik və öyrənmə: beynin dəyişən strukturu ilə öyrənmə prosesləri
Arasındakı əlaqə
Xülasə
Nevroplastiklik, beynin həyat boyu dəyişmək qabiliyyətini ifadə edir və öyrənmə proseslərinin mərkəzində dayanır. Nevroplastiklik sayəsində sinir hüceyrələri arasında əlaqələr möhkəmlənə və zəifləyə bilər, yeni əlaqələr formalaşa bilər və beyin struktural olaraq dəyişə bilər. Bu proseslər fərdlərin yeni bacarıqlar əldə etməsinə, məlumat saxlamağa və müxtəlif ətraf mühit tələblərinə uyğunlaşmağa imkan verir. Bu məqalənin məqsədi, nevroplastiklik və öyrənmə arasındakı əlaqəni dərindən araşdırmaq, nevroplastik dəyişikliklərin bioloji mexanizmlərini izah etmək və bu məlumatları təhsil və reabilitasiya praktikalarına necə daxil etmək barədə müzakirə etməkdir. Ayrıca, yaşla əlaqədar nevroplastik dəyişikliklər və nevroloji xəstəliklərin müalicəsindəki potensialı qiymətləndiriləcəkdir.
Açar sözlər: nevroplastiklik, öyrənmə, beyin, mexanizm, qabiliyyət, bilik, bacarıqlar