Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Vəfa Həzi qızıİsmayılova
Bakı Dövlət Universiteti

İNFORMASİYA HÜQUQİ TƏMİNATIN REGİONAL MEXANİZMLƏRİ

Açar sözlər: informasiya, hüquqi tənzimetmə, Avropa məkanı, regional təşkilatlar
Key words: information, legal regulation, European space, regional organizations
Ключевые слова: информация, правовое регулирование, европейское пространство, региональные организации

Giriş
Bu gün yerli, regional və qlobal fəaliyyətlərimizdə bizə yeni vasitələr təqdim edən  qlobal və rəqəmsal bir mühitdə yaşayırıq. Bu fəaliyyətlərə siyasi fəallıq, mədəni mübadilə və insan hüquqlarında istifadənin yeni formalarıda daxildir. Bu fəaliyyətlər "əslində real deyil" deyə biləcəyimiz mənada virtual deyildir. Əksinə, onlar əsl vətəndaşların həyatının vacib bir hissəsini təşkil edirlər. İnternetə və rəqəmsal medyaya çatım­lılığımızın məhdudlaşdırılması və onlayn fəaliyyətlərimin izlənməsinə yönəlik cəhdlər bizim əsas hüquq­la­rımız olan ifadə və məlumat alma, təşkilatlanma, məxfilik və şəxsi həyata müdaxilənin yolverilməzliyi kimi azadlıqlarımıza müdaxilə təşkil etməkdədir.
Yeni qlobal rəqəmsal mühit əlbətdə ki, eyni zamanda hüquqazid davranışların baş verməsi  üçün yeni bir məkan yaratmaqdadır. Kiber aləmdə törədilən cinayətləri buna misal göstərə bilərik. Kibercinayət və kiber təhlükəsizlik bu gün çox ciddi problemlər olaraq gündəmə gəlmişdir.
Bu məqaləmizdə İnformasiya hüquqi təminatının regional mexanizmlərindən olan Avropa regionun informasiya hüququnun tənzimlənməsi istiqamətində araşdırmağa çalışacağıq.


Baxış: 1091