Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Cavadova Sevda Nəsrəddin qızı
Açar sözlər: ədəbi dil, bədii üslub, novmalaşma dövrü, normalar, danışıq standartı, yazı standartı
Key words: literary languace, literary style, normasation period, norms, spokin standart, written standart
Ключевые слова: литературный язык, литературная норма, период нормализации, нормы, разговорные стандарты, письменные стандарты

 

İngilis dili və ədəbiyyatı tarixində “Ədəbi renesans” dövründən sonra normalaşdırma dövrü, yaxud dilin möhkəmləndirmə dövrü başlayır. Bu dövrdə ifadələrin düzgünlüyü və sadəliyinə çox fikir verilirdi. XVII əsrin müəllifləri Şeksprin və onun müasirlərinin dilini tənqid etməklərinə baxmayaraq özləri heç vaxt renesans dövrü yazıçılarının zirvəsinə qalxa bilməmişdilər. Dövrün məşhur yazıçısı və stilisti Con Drayden (1631–1700) öz “sələflərinin zəkasını” qəbul edir, lakin onların dilini açıq-aşkar bəyənmirdi. O göstərirdi ki, qaba və gülünc sözlərhəmin müəlliflərin danışğını ifadə edir (Essays on the Dramatic Poetry of the Last Age). Dahi şair Con Milton (1608–1674) aşağı təbəqənin düzgün olmayan tələffüzlə danışığını qeyd edirdi. Dilin qorunması və dildə baş verən dəyişikliklər bir çox müzakirələrin və mübahisələrin əsas mövzusu idi. 1664-cü ildə Kral Cəmiyyəti ingilis dilini təkmilləşdirmək üçün xüsusi komitə yaratdı.


Baxış: 975