Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: V.S.Bağırova

Açar sözlər: dəyişikliklər, məqsəd, təlim prosesi, uğurlu 
Key words: changes, goal, teaching-learning process, successful
Ключевые слова: изменения, цель, учебный процесс, успешный
 

Müasir dövrdə xarici dilləri, o cümlədən ingilis dilini tədris edən müəllimlərin əksəriyyəti dilin tədrisi metodikasına dəyişikliklərin gətrilməsini qarşılarında bir məqsəd kimi qoyurlar. İnnovator-müəllimlər ingilis dilinin tədrisi prosesini daha maraqlı, daha asan etməklə tələbələrdə motivasiya yaratmaq və təlim prosesinin daha səmərəli, daha uğurlu olmasının arzusundadırlar. Buna nail olmaq üçün bütövlükdə təlim prosesini, o cümlədən oxunun təlimi prosesini tələbə-yönümlü şəkildə təşkil etmək, tələbələri aktivləşdirmək, onların təlim prosesində fəal iştirakçı qismində iştirakını təmin etmək lazımdır.
Metodist-alimlərin fikrincə, təlim prosesinə innovasiyaların tətbiq edilməsi radikal şəkildə deyil, tədricən, sistemli, mərhələli şəkildə həyata keçrilməlidir[2;3]. Tətbiq edilən yeniliklərin tələbələrin dil sahəsində olan bilikləri və onların nitq bacarıqlarının inkişaf etdirilməsinə və onlarda dilin öyrədilməsinə olan motivasiya səviyyəsinin artırılmasına müsbət təsiri olarsa, yeni ideaların tətbiqi prosesini davam etdirmək məqsədəuyğundur. Dili tədris edən müəllimlərin təcrübəli olub-olmamasından asılı olmayaraq, onlar (EFL) ingilis dilini xarici dil kimi təlim edilməsi prosesini daha səmərəli təşkil etmək və tələbələrdə dilin mənimsənilməsi prosesini daha uğurlu etmək məqsədilə yeni ideya və fəaliyyət növlərini təlim prosesinə ardıcıl şəkildə tətbiq etməlidir. Lakin onu da vurğulamaq lazımdır ki, yenilikləri tətbiq edərkən təlim kontekstinin xüsusiyyətlərini nəzərə almaq olduqca vacibdir.


Baxış: 1323