Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Gülbəniz NURƏLİYEVA

Qeyd etmək lazımdır ki, rİtm linqvistik bir anlayış kimi seqment və surpaseqment vahidlərlə, o cümlədən şəs, heca, söz, söz birləşməsi, cümlə, misra vasitəsilə, başqa sözlə, leksik, sintaktik və prosodik vasitələrlə realizə olunur (8). Ritm əksər hallarda qeyd olunan vahidlərin kombinasiyası ilə özünü təzahür etdirir. Danışıq aktmda ritm seqment vahidlərin zəminində əsasən prosodik vasitələrlə realizə olunur. Danışıq aktı, canlı danışıq təbii olaraq nəfəs alıb-vermə prosesi ilə sıx bağlıdır. Belə ki, danışıq fəaliyyəti, eləcə də ınsanm hər bir digər fəaliyyəti fizioloji faktorlarla şərtlənir və onların arasında bəziləri ritmik səciyyəlidir. Danışıq aktında, canlı danışıqda ritmin ti-pi dillərdən asılı olur. Bu baxımdan hnqvistlər dilləri iki qrupa bölürlər: 1) he-cah ritm tipi; 2) vurğulu ritm. tipi. Hecab ritm tipində danışan şəxs (dil daşıyıcısı) hecaların vurğulu və vurğusuz olmasından asıh olmayaraq, hər bir hecanın tələffüzünə təqribən bərabər vaxt (zaman) sərf edir və bu da dinləyicidə qmq-qınq ritm təəssüratından çox bərabərsəviyyəli ahəstə ritm təssüratı yaradır. Hecalı ritm tipinə fransız, ispan, o cümlədən Azərbaycan dili aid edilir.




Baxış: 954