Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2019/47/111-114
Müəllif: Ülviyyə Salam qızı  Aslanova

Açar sözlər:İnkluziv təhsil, sağlamlığı məhdud olan uşaqlar, adaptasiya, təhsil, pedaqoji proses
Key words:Inclusive education, children with disabilities, adaptation, education, pedagogical process
Ключевые слова:Инклюзивное образование, дети с ограниченными возможностями, адаптация, образование, педагогический процесс

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 5-də imzaladığı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu” (1) və bu qanundan irəli gələn müvafiq qərar və sərəncamlar xüsusilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strateğiyası” haqqında 24 oktyabr 2013-cü il tarixdə verilmiş ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi  sərəncam inklüziv təhsilin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Sərəncamda təhsilin ikinci strateji istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur ki, bu inkluziv təhsili də özündə  ehtiva  edir və orada "... xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması" (2) mühüm məsələ kimi   qarşıya  qoyulmuşdur.



Baxış: 3180