DOI: https://doi.org/10.36719/2706-6185/34/44-48
Aidə Novruzova
Naxçıvan Dövlət Universiteti
aidenovruzova@mail.ru
Kifayət Hüseynova
Naxçıvan Dövlət Universiteti
nurv7487@gmail.com
İNSAN ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA MÜƏLLİM FƏALİYYƏTİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
İşlədiyimiz mövzu müasir müəllimin formalaşmasında etik və pedaqoji ideyaların və mənəvi əqidənini böyük rol oynamasından bəhs edir. Mövzuda əsasən ictimai mühütün müəllim şəxsiyyətinin inkişafında və formalaş-masında mühüm amil kimi çıxış etməsi qeyd olunmuşdur.
İnsan şəxsiyyətinin formalaşmasına təsir edən irsiyyət, mühit və tərbiyə amillərinin qarşılıqlı münasibəti mətndə mühüm rol oynayır.
Burada həmçinin müəllim-şagird münasibətlərinin mahiyyəti və məzmunu, müəllimin pedaqoji fəaliyyəti, maarifçi, həm pedaqoq, həm də psixoloq olması qeyd olunmuşdur. Müəllim şagirdin yaxın köməkçisi olmalı, tərbiyə prosesində şagird üçün ideala çevrilməlidir.
Mövzuda dahi pedaqoqların fikirlərindən istifadə edilmişdir. Pedaqoqlardan Y.Talıbov, Makarenko, Komenski, Suxomlinski və başqalarının pedaqoji etika haqqında məqalədə bir çox maraqlı fikirləri vardır. Suxomlinski “Ürəyimi uşaqlara verirəm” əsərində pedaqoji etika və estetika barədə çox geniş ideyalar irəli sürmüşdür. İşlədiyimiz məqalədə müəllim şəxsiyyətinin formalaşmasında pedaqoji etikanın və mənəvi tərbiyənin əsas rol oynadığı da vurğulanmışdır.
Müəllim mənəvi münasibətlər dünyasında səhvə yol verə bilməz.Ona görə ki,müəllimin kiçik bir nöqsanı,kiçik bir hərəkəti şagirdlərin gözündən qaçmır. Müəllimin səsindəki titrəyiş, ahəng, sərtlik və s uşağa dərhal təsir edir. Müəllim üçün bütün uşaqlar əziz olmalıdır.Müəllimin təbəssümü və sevinci şagirdlərin qəlbində xeyirxahlıq,insanlıq münasibətləri,məhəbbət gözlərində isə qığılcım yaradır.Müəllim peşəsi bütün peşələrin anası hesab olunur. Müəllim gənc nəsli həyata hazırlayır.Müəllim sadəlik, təvazökarlıq, nəzakət, mənəvi saflıq, ideallıq rəmzidir. Müəllim nəsillərin ömrünü bir-birinə qaynaq edəndir. Müəllim bilməlidir ki,nüfuzu öz zəhməti ilə,əməyi və biliyi sayəsində əldə edir. Müəllim əməyi məhsuldar əməkdir. Müəllimlərin atesstasiyası bir daha göstərir ki,qabaqcıl və işgüzar müəllimlər müasir dövrün tələblərinə tamamilə cavab verirlər. Onlar gənc nəslin təlim-tərbiyəsində yorulmaq bilmədən çalışırlar.
Açar sözlər: fəaliyyət, şagird, müəllim, etik, pedaqoji, ideya, mənəvi, fəlsəfə, əqidə, iradə humanist, beynəlmiləl, peşə, psixologiya
Aida Novruzova
Nakhchivan State University
aidenovruzova @mail.ru
Kifayet Huseynova
Nakhchivan State University
nurv7487@gmail.com
Pedagogical characteristics of the teacher's activity in the formation
of human personality
Abstract
The subject we work on refers to playing a great role of ethic and pedagogy ideas and moral belief in the forming of the teacher. The topic mainly performing social environment in the developing and forming teacher personality is noticed as an important factor.
Mutual position of the heredity, environment and upbringing factors which affect the formation of the human personality plays an important role in the subject here. It’s also noticed the essence and content of the teacher – pupil relationship teacher’s pedagogy activity, being educator either a pedagogy or a psychology.
In the article ideas from great pedagogues were used. Pedagogues, such as Y.Talibov, Makarenko, Komenski, Sukhomlinsky and others have many different opinions about pedagogical ethics in the article. Sukhomlinsky suggested very many ideas about pedagogical ethics and aesthetics in his work “To children I give my heart”. The important role of moral upbringing and pedagogical ethics is also emphasized in the formation of the teacher's personality in the article we have worked on.Keywords: activity, student, teacher, ethic, pedagogy, idea, moral, philosophy, belief, will-power, humanist, international, profession, psychology
[attachment=5506]