Arxiv
Elmi iş - 2024
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru, baş müəllim
kameliya-76@mail.ru
Ləman Zahir qızı Muradova
Yasamal rayonu Şəhid F.Rzayev adına
150 nömrəli tam orta məktəb
müəllim
muradov.nn@gmail.com
NİZAMİ İRSİ: BƏDİİLİKLƏ TARİXİLİYİN VƏHDƏTİ
Xülasə
Məqalədə Azərbaycan lirikasının dahi nümayəndəsi Nizami Gəncəvi yaradıcılığının bədii-tarixi xüsusiyyətlərindən bəhs edilir. Burada qeyd olunur ki, Nizami Azərbaycanı bəşər tarixinə bəxş etmiş dahi şəxsiyyətdir. Şərq xalqlarının müxtəlif nümayəndələri Nizami yaradıcılığına böyük maraq göstərmiş, Nizamini öz ustadı hesab edərək sonrakı əsrlərdə onlarla “Xəmsə” yaratmışlar. Şairin yaradıcılığı sonrakı dövrdə böyük ədəbi məktəb formalaşdırmışdır. Sovet dövründə Nizami kimi böyük sənətkarın əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi ulu öndər Heydər Əliyevin müdrikliyinin bəhrəsidir. Bu gün, Nizaminin şöhrətinin, Nizami qüdrətinin qanadlarının açılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ədəbi irsin qorunması qayğısına qalan dahi şəxsiyyət təkcə Nizami Gəncəvinin, Azərbaycanın klassik şair və yazıçılarının ev-muzeylərinin yaradılmasında deyil, onların xatirələrinin əbədiləşdirilməsində də böyük işlər görüb.
Açar sözlər: şair, yaradıcılıq, ədəbi məktəb, mütəffəkir, irsiyyət, müdriklik, dahi Nizami, cəmiyyətLeyla Gadir Majidova
Laman Zahir Muradova
Nizami's heritage: the unity of art and history
Summary
The article discusses the artistic and historical features of the work of Nizami Ganjavi, a genius representative of the Azerbaijani lyric poetry. It is noted here that Nizami is a genius who gave Azerbaijan to human history. Various representatives of the peoples of the East showed great interest in Nizami's work, and considering Nizami as their master, they created dozens of "Khamsa" in the following centuries. The poet's work formed a great literary school in the following period. The high appreciation of the work of such a great artist as Nizami at the state level during the Soviet era is the fruit of the wisdom of the great leader Heydar Aliyev. Today, the services of national leader Heydar Aliyev are invaluable in opening the wings of Nizami's fame and Nizami's power. Taking care of the protection of the literary heritage, the genius did a great job not only in the creation of house-museums of Nizami Ganjavi, classical poets and writers of Azerbaijan, but also in perpetuating their memories.
Key words: poet, creativity, literary school, great-thinker, heredity, wisdom, great Nizami, society
Baxış: 502