Arxiv
Elmi Tədqiqat 2024
Şəhriyar Rəhman oğlu Cəfərzadə
Bakı Dövlət Universiteti
doktorant
shahriyarjafari11@gmail.com
İNZİBATİ HÜQUQİ AKTLARIN QƏBUL EDİLMƏSİNİN NƏZƏRİ ASPEKTLƏRİ
Xülasə
Gündəlik fəaliyyətində səlahiyyətli şəxslər tərəfindən bir sıra normativ aktlar qəbul edilərək tətbiq edilir ki, bu aktların içərisində ən geniş yayılmış formanı inzibati hüquqi aktlar tutur. Azərbaycan milli hüquq sistemində inzibati hüquqi aktlara olan hazırki yanaşma yeni yanaşma tərzi hesab olunmasına baxmayaraq, geniş mənada inzibati hüquqi aktlar hər zaman milli hüquq sistemində aparıcı yeri tutmuşdur. Hazırki məqalə qısa şəkildə Azərbaycan Respublikasında inzibati hüquqi aktların hansı hüquq sistemi əsasında formalaşmasını, inzibati hüquqi aktların qəbulunda hansı dövlətlərin hüquq sisteminin xüsusiyyətlərini əsas götürdüyünü, eləcə də inzibati hüquqi aktların qəbul və tətbiqi prosesində hansı nəzəri aspektlərin olmasını araşdırır. İnzibati hüquqi aktlar gündəlik fəaliyyətimizin ən müxtəlif sahələrini əhatə etdiyindən bu hüquq sahəsinin ətraflı şəkildə mənimsənliməsində fayda vardır. Eyni zamanda qeyd etmək lazımdır ki, inzibati aktlar dedikdə hansı hüquqi aktların nəzərdə tutulması baxımından da vahid mövqe yoxdur. Bu baxımdan inzibati aktların qeyd olunan istiqamət üzrə müqayisəli təhlilidə məqalədə nəzərdə tutulmuşdur.
Açar sözlər: inzibati hüquqi akt, inzibati hüquq, inzibati hüquqi aktların nəzəri aspektləri, inzibati aktların tətbiqi, inzibati aktlar və qanunvericilik sistemi
Shahriyar Rahman Jafarzade
Theoretical aspects of administrative law
Abstract
A number of normative acts are accepted and applied by the authorized persons in their daily activities, and among these acts, administrative legal acts take the most widespread form. Despite the fact that the current approach to administrative legal acts in the national legal system of Azerbaijan is considered a new approach, administrative legal acts in a broad sense have always occupied a leading place in the national legal system. The current article briefly examines the legal system on which administrative legal acts are formed in the Republic of Azerbaijan, the features of the legal system of which states are used in the adoption of administrative legal acts, as well as what theoretical aspects exist in the process of adoption and application of administrative legal acts. Since administrative legal acts cover the most diverse areas of our daily activities, it is useful to master this area of law in detail. At the same time, it should be noted that there is no unified position in terms of which legal acts are meant by administrative acts. In this regard, the comparative analysis of administrative acts in the mentioned direction is provided in the article.
Keywords:administrative legal act, administrative law, theoretical aspects of administrative legal acts, application of administrative acts, administrative acts and legislative system
Baxış: 553