DOI: https://doi.org/10.36719/2663-4619/116/16-20
Xədicə Hidayətova
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0000-7185-4183
khadijahidayatova@gmail.com
Ölkə iqtisadiyyatında tarazlı qiymətlərin dinamikası:
2016-cı il modeli əsasında
Xülasə
Tarazlı qiymətlər modeli iqtisadi sistemdə sahələrarası münasibətləri və qiymət səviyyələrinin formalaşma mexanizmini öyrənmək üçün mühüm modellərdən biridir. Bu tədqiqatda klassik Leontief sahələrarası balans modeli çərçivəsində istehsal və istehlak sahələrinin qarşılıqlı təsiri əsasında tarazlı qiymətlərin müəyyən olunması araşdırılmışdır. Modeldə fərz edilir ki, hər bir məhsul vahidinin istehsalı üçün digər sahələrdən alınan məhsullar sabit proporsiyada tələb olunur və nəticədə bu qarşılıqlı asılılıq qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Tədqiqat zamanı xərclər matrisinin tərsinin transpozesi və qiymət vektorlarının strukturu nəzərdən keçirilmiş, iqtisadi sistemdə daxili tarazlığın hansı şərtlərlə təmin olunduğu araşdırılmışdır. Tarazlı qiymətlər modelinin tətbiqi iqtisadi planlaşdırmada, sektoral siyasətin formalaşdırılmasında və daxili bazar tarazlığının qiymətləndirilməsində geniş istifadə imkanları yaradır. Nəticələr göstərir ki, sahələrarası qarşılıqlı əlaqələrin düzgün modelləşdirilməsi ümumi qiymət səviyyəsinin sabitliyi və resursların optimal bölgüsü baxımından mühüm əhəmiyyət daşıyır.
Açar sözlər: tarazlı qiymətlər modeli, məxsusi ədədlər, sahələrarası balans tənlikləri. neft və qeyri-neft sektorları, ölkə iqtisadiyyatı