Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əli Umud oğlu Əliyev

Açar sözlər: müsəlman, sorğu-sual , ərəb, ana dili, insan, şeir
Key words:muslim, question, arab, native language, man, poetry
Ключевые слова: мусульманин, опрос, араб, родной язык, человек, поэзия

Azərbaycan xalqı müsəlmanlığı qəbul etdiyi gündən zəmanəmizə qədər cənnət və cəhənnəmin darvazaları önündə qalaq-qalaq tabutlar yığılıb qalıb. Maraqlıdır, görəsən niyə?! Axı, bizə təlqin ediblər ki, müsəlman olan ya cənnətlik, ya da cəhənnəmlikdir. Bəs onda hər iki məqamı bu yazıq müsəlmanlara yasaq edən nədir?! Bəlkə, üçüncü dünya da var?! Əsla yox! Əməli saleh möminlər cənnətlik, əməli saleh olmayanlar isə cəhənnəmlikdir. Dini aləmdə ölülər üçün başqa “eksponat guşəsi” ayrılmamışdır. Əgər, V.İ.Lenin və İ.V.Stalini soruşmaq istəsəniz “ərəb-fars qulları” cavab verirlər ki, onlar müsəlman deyil, onlar üçün müəyyən guşələr ayırmaq olar, müsəlman eksponat deyil ki, onu muzeyə qoyub tamaşa edələr. Nə isə ... Mətləbdən ayrı düşməyək hər iki məkana qismət olan, lakin həmin məkanlara daxil olma bacarığına malik olmayan müsəlman bacı və qardaşlarımızdan, yazıq ulu babalarımızdan danışaq. Mən bir dəfə cənnət və cəhənnəmə ekskursiya etmişdim, orada – darvazalar önündə qalmış həmvətənlərimi gördüm. Onların nəsihətlərini və şikayətlərini dinlədim. Gördüm ki, yazıq ölülər bizim avamlığımıza görə əzab çəkirlər, nə cənnətlikdirlər, nə də cəhənnəmlik. Odur ki, onların xahiş, yalvarış, nəsihət və şikayətlərini dirilərə çatdırmağı müsəlmanlığın vacib şərti bilib, özümə borc saydım. Həmçinin özüm üçün nəticə çıxartdım ki, öləndə gedib o darvazaların önündə qalmayım. Ona görə də mən öz vəsiyyətimi ayrıca olaraq qeyd edəcəyəm. Hələlik, burada ölülərin xahişinə əməl edərək, onların düçar olduqları bəlanın səbəbini, nəsihət və şikayətlərini qələmə alıram.

Baxış: 976