Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Səkinə Hüseyn qızı Mahmudova 
Açar sözlər: Orta əsrlər, Naxçıvan, bədii sənətkarlıq, dulusçuluq, xalça, metalişləmə, misgərlik, zərgərlik 
Key words: Middle-age century, Nakhchivan, artistic craft, pottery, carpet, metalworking, copper, jewelry.
Ключевые слова: Средневековый, Нахчыван, художесственное ремесло, керамика, ковер, металл, медник, ювелирные изделия

 

Qədim dövrdə olduğu kimi orta əsrlərdə də sənətkarlıq öz xüsusiyyətləri ilə fərqlənirdi. Belə ki, həyat daim davamiyyətdə və inkişafdadır. Hər şey daim yenilənir və ya başqası ilə əvəz olunur. Məhz orta əsrlərdə də həyat və eyni zamanda sənətkarlıq olduğu kimi qala bilməzdi. Orta əsrlərdə Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhəri də sənətkarlıq mərkəzlərindən biri idi. Burada sənətkarlıq əsasən kənddə yox, şəhərlərdə cəmlənmişdi. IV-V əsrlərdən etibarən Naxçıvan özünü sənətkarlıq mərkəzi kimi göstərməyə başlamışdı. Orta əsrlərdə Naxçıvan nəinki Azərbaycanda həmçinin Yaxın və Orta şərqdə ən çox inkişaf etmiş şəhərlərdən birinə çevrildi. [1] Təbii ki, bu ticarət əlaqələri sayəsində başa gəlmişdi. 
Orta əsrlərdən etibarən sənət məkanında duyulası ixtisaslaşma baş verdi. [2] Bu cür əmək bölgüsü dulusçuluqda da özünü göstərdi. Belə ki, saxsı qab hazırlayan ustalar artıq müstəqil fəaliyyət göstərirdilər. Bir çox tədqiqatçıların fikrinə görə Azərbaycanda ilk orta əsrlərdə dulusçuluq sənətində tənəzzül baş vermişdir. Buna əsaslı səbəb kimi isə müharibələri və yadelli hücumlarını göstərirlər. Belə bir halda iqtisadiyyatın zəifləməsi labüd idi.


Baxış: 992