Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Jalə QƏMBƏRLİ

Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan tarixinin, ədəbiyyatının dalıa dərindən öyrənilməsi, xalqımızın unudulmuş övladlarının üzə çıxardılması çağdaş elmimizin diqqət mərkəzində duran, problemlerindəndir. Xalqımızın belə övladlarından biri də son dərəcə maraqlı və macəralarla zəngin həyat yaşamış son vaxtlara qədər Avropada Persiyalı Don Juan və ya Persiyalı Don Xuan adı ilə tanınmış Oruc bəy Bayatdır.
1599/1601 Səfəvi səfirliyinin katibi kimi İspaniyaya getmiş Oruc bəy Qızılbaşların Bayat tayfasından olan Sultanəli beyin oğlu olmuşdur. Sultanəli bəy sarayın sayılan şəxslərindən biri olaraq Məhəmməd Xudabəndinin və onun oğlu Həmzə Mirzənin ən çətin və məsuliyyətli tapşırıqlarını yerinə yetirmiş və döyüşlərin birində qəhrəmanlıqla həlak olmuşdur.
1590-cı ildə Səfəvi dövləti Osmanli imperiyası ilə sülh bağlamaq məcburilərində qalır və müqaviləyə əsasən Şərqi Gürcüstan, Ermənistan, Kürdüstan və demək olar ki,bütün Azərbaycan Osmanlı imperiyasının hakimiyyəti altına keçir. Lakin bütün bunlara baxmayaraq, Şah Abbas hökuməti torpaqları geri qaytarmaq fikrindən əl çekmir və yeni müharibəyə başlamaq üçün hazırlıq görür. Mehz elə bu dövrdə İsfahana məşhur Şerli qardaşları gəlir və Şah Abbasla görüşləri zamanı onu Avropadan dayaq almaq üçün oraya nümayəndə heyəti fikri ilə razı salmağa çalışırlar. Və artıq Avropa dövlətləri üçün də təhlükəyə çevrilən Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə Səfəvi dövlətinin maraqlan obyektiv baxımdan üst-üstə düşdüyü üçün Şah Abbas bu fikirlə razılaşır. Səfirliyin başında Hüseynəli bəy dururdu və bu səfər zamanı onu dörd katib yə on beş qulluqçu müşayet edirdi. Səfirliyin birinci katibi isə Oruc bəy Bayat teyin edilir,

Baxış: 1407