https://doi.org/10.36719/2706-6185/42/94-1
Kamran Məmmədov
Adam Mickiewicz Universiteti
magistrant
amranmemmedov66@gmail.com
https://orcid.org/0009-0004-0281-948X
Parlamentdə qadınlar və hərbi xərclər: Qafqaz və Yaxın Şərqin
müqayisəli analizi
Xülasə
Bu tədqiqat Qafqaz və Yaxın Şərq regionlarında qadınların parlamentdəki təmsilçiliyi ilə hərbi xərclər arasındakı əlaqəni araşdırır. Qafqazdan Azərbaycan, Ermənistan və Gürcüstan, Yaxın Şərqdən isə İsrail, Livan və İordaniya nümunələrindən istifadə edərək, gender müxtəlifliyinin siyasətdə müdafiə xərclərinə təsirini öyrənmək üçün müqayisəli təhlil metodu tətbiq edilmişdir. Araşdırmada ÜDM, əhali sayı və doğum nisbəti kimi nəzarət dəyişənləri (control variables) nəzərə alınmışdır.
Tapıntılar göstərir ki, Qafqazda qadınların parlamentdəki təmsilçiliyinin artması hərbi xərclərin azalması ilə əlaqəlidir, lakin bu əlaqə əhəmiyyət kəsb edəcək səviyyədə deyil. Əksinə, Yaxın Şərqdə isə daha yüksək qadın təmsilçiliyi artan hərbi xərclərlə əlaqələndirilir. Nəticələr gender müxtəlifliyinin siyasət nəticələrinə təsirindəki mürəkkəb rolunu vurğulayır. Araşdırma, militarizasiyanın geniş təsirlərini başa düşmək üçün qanunverici və icraedici orqanlarda gender təmsilçiliyinə dair əlavə tədqiqatların vacibliyini qeyd edir.
Açar sözlər: gender təmsilçiliyi, hərbi xərclər, Qafqaz, Yaxın Şərq, siyasət təhlili