Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/91/122-128

Aygun Sardarova

Azerbaijan State Agrarian University

Ph.D in Biology 

aygun.sardarova@mail.ru 

           Samira Rahimova

Baku, Azerbaijan

Ph.D student

samira.rahimova84@gmail.com 


PHYSIOLOGICAL (GROWTH AND DEVELOPMENT THROUGH THE 

PARAMETERS OF OPTIMAL ENVIRONMENTAL FACTORS), 

MORPHOLOGICAL, BIOCHEMICAL PROPERTIES AND MEDICINAL SIGNIFICANCE OF GLYCINE MAX L SPECIES BELONGING TO FABACEAE.


    Abstract    

The article provides information on the physiological characteristics of Glycine max L, a leguminous plant belonging to the Fabaceae family, taking into account the influence of morphological and environmental factors. In general, the growth of the mass and size of the plant is related to the growth and development of the plant. The development of the plant is qualitative changes in the function and structure of the individual organs of the plant in ontogeny, from one stage of its organogenesis to another, from one phase of development. is to pass to another. Our main goal is to investigate the physiological regularities of plant development that depend on morphogenesis and possible ways of controlling plant development, resulting from the biochemical and biophysical processes taking place in the plant, by influencing its morphophysiological indicators with biopreparations of natural origin, by cultivating the soybean plant in different environmental conditions. At the same time, we have investigated the effect of soybean cultivation potential on its productivity and the role of biologically active substances in the physiognomic growth and development of the plant. It is also known that the Glycine max plant is used to a great extent for medicinal purposes, which was reflected in our research work. From the studies, it was concluded that there is a need to conduct more extensive research on the soybean plant. The scope of these studies covers the physiological, biochemical and molecular-genetic bases of plant productivity, as well as the study of productivity processes from the molecular level of the structural-functional organization of the life of the soybean plant to the whole plant and planting level. Takes first place. The aim of our research work is to investigate the structure of soybean plant cell, hormonal and light regulation of growth and development and other functional activities

Keywords: morphophysiology, optimal environment, biomass, glycine max, biometrics


Aygün Sərdarova

Azərbaycan Dövlət Aqrar Universiteti

biologiya üzrə fəlsəfə doktoru

aygun.sardarova@mail.ru

            Samirə Rəhimova

Bakı, Azərbaycan

doktorant

samira.rahimova84@gmail.com





Fabaceae  fəsiləsinə aid olan Glycine max l növünün fizioloji (optimal  mühit amillərinin parametrləri sayəsində böyümə və inkişaf), morfoloji, biokimyəvi xüsusiyyətləri, 

becərilmə və istifadə əhəmiyyəti


Xülasə

Məqalədə Fabaceae fəsiləsinə aid dənli paxlalı bitki olan Glycine max L növünün morfoloji, mühit amillərinin də təsiri nəzərə alınaraq fizioloji xüsusiyyətləri haqqında məlumat verilmişdir. Ümumiyyətlə bitkinin kütləsinin (biokütlə) və ölçüsünün (biometrik) böyüməsi bitkinin boy atması və inkişafı ilə əlaqəlidir. Bitkinin inkişafı ontogenezdə bitkinin ayrı-ayrı orqanlarının funksiya və quruluşunda keyfiyyət dəyişiklikləri, onun orqanogenezin bir mərhələsindən digərinə, bir inkişaf fazasından. başqasına keçməsidir. Əsas məqsədimiz soya bitkisini müxtəlif ekoloji şəraitlərdə becərərək onun morfofizioloji göstəricilərinə təbii mənşəli biopreparatlarla təsir etməklə bitkidə gedən biokimyəvi və biofiziki proseslərdən irəli gələn, morfogenezdən və bitki inkişafına nəzarətin mümkün yollarından asılı olan bitkinin inkişafının fizioloji qanunauyğunluqlarını araşdıraq.  Eyni zamanda soya bitkisinin becərilmə potensialının onun məhsuldarlığına təsiri və tərkibində olan bioloji aktiv maddələrin fizionom olaraq bitkinin böyümə və inkişafında rolunu  da araşdırmışıq. Həmçinin Glycine max bitkisinin dərman məqsədi ilə çox əhəmiyyətli dərəcədə istifadəsi də məlumdur ki, bu da tədqiqat işimizdə öz əksini tapmışdır. Öyrənilənlərdən belə nəticə çıxarıldı ki, soya bitkisinə dair daha geniş təqqiqatlar aparmağa eytiyyac vardır. Bu tədqiqatların dairəsi bitkinin məhsuldarlığının fizoloji, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda soya bitkisinin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkin səviyyəsinə qədər məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir. Məlumdur ki, Dənli-paxlalı bitkilər içərisində soya əkin sahəsinə görə dünyada birinci yeri tutur.  Tədqiqat işimizdə məqsəd Soya bitkisinin hüceyrəsinin quruluşu, böyümə və inkişafın hormonal və işıq tənzimlənməsi və  digər funksional fəaliyyətini araşdırmaqdan ibarətdir. 

Açar sözlər: morfofiziologiya, optimal mühit, biokütlə, glycine max, biometrik



Baxış: 296