DOI: https://doi.org/10.36719/2663-4619/85/39-44
Narmin Karimova Shamil
Work: Korean Language Teacher and Social Media Manager
E-mail: nkarimova2018@ada.edu.az
PSYCHOLOGICAL EFFECTS OF SOCIAL MEDIA
ON ADOLESCENTS
Abstract
The article examines the psychological effects of social media on teenagers. The percentage of social media use among teenagers and young adults is higher than that of adults. Although this situation can be explained on the one hand by the formation of social media networks in recent decades, middle-aged and older people prefer classical media and forms of communication, psychological factors also have a significant weight here. It is mentioned here that social media has quite positive and useful functions for our daily life. However, social networks, which are growing in popularity among children and adolescents at a cosmic speed, have enough problems, addiction tendencies and signs that harm the formation of an adult individual.
Keywords: psychological analysis, social media, adolescent, influence, young people
Nərmin Şamil qızı Kərimova
Koreya dili müəllimi və Sosial Media meneceri
Sosial medianin yeniyetmələrə psixoloji təsirləri
Xülasə
Məqalədə sosial medianın yeniyetmələrə psixoloji təsirləri araşdırılır. Yeniyetmə və gənclər arasında sosial mediadan istifadə faizi böyüklərlə müqayisədə daha yüksəkdir. Bu vəziyyət bir tərəfdən sosial media şəbəkələrinin son onilliklərdə təşəkkül tapması, orta və yuxarı yaşlı insanların daha çox klassik media və ünsiyyət formalarına üstünlük verməsi ilə izah olunsa da, burada psixoloji məqamlar da əhəmiyyətli çəkiyə malikdir. Burada qeyd edilir ki, sosial medianın yetərincə müsbət və gündəlik həyatımız üçün yararlı funksiyaları danılmazdır. Lakin uşaq və yeniyetmələr arasında kosmik sürətlə populyarlığı artan sosial şəbəkələr özlərində kifayət qədər problem, asılılığa meyl və yetkin fərdin formalaşmasına zərər vuran əlamətlər daşıyırlar.
Açar sözlər: psixoloji təhlil, sosial media, yeniyetmə, təsir, gənclər