https://doi.org/10.36719/2706-6185/42/41-51
Afaq Mustafayeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
doktorant
afaq.mustafayeva.2014@gmail.com
https://orcid.org/0009-0001-0193-7896
Qara metallurgiya sektorunun regional iqtisadiyyata təsiri
Xülasə
Qara metallurgiya sektoru regional iqtisadiyyatda mühüm rol oynayır və iqtisadi inkişafın dayanıqlı təmin olunmasına əhəmiyyətli təsir göstərir. Sektor, yerli resursların səmərəli istifadəsini artıraraq, istehsal proseslərinin genişlənməsinə və sənaye diversifikasiyasına imkan verir. Eyni zamanda regional iş yerlərinin yaradılmasında və sosial rifahın yüksəlməsində mühüm rol oynayır. Qara metallurgiya, yerli iqtisadiyyata qazandırdığı valyuta, vergi gəlirləri və xarici ticarət imkanları ilə regionların iqtisadi fəallığını artırır. Sektorun genişlənməsi regional infrastrukturun inkişafını stimullaşdırır, iqtisadiyyatın şaxələnməsinə və regional inkişafda tarazlığın təmin edilməsinə kömək edir. Ekoloji məsələlərə də diqqət yetirərək, tullantıların azaldılması, enerji səmərəliliyinin artırılması və ekosistemlərin qorunması məqsədilə müasir texnologiyalar tətbiq olunur. Qara metallurgiya sektoru həmçinin yerli sənaye mühitinin inkişafına, müasir istehsal metodlarının tətbiqinə və biliklərin artırılmasına da töhfə verir. Bu, yerli əmək bazarının keyfiyyətini artırır və regional iqtisadiyyata əlavə dəyər qatır.
Açar sözlər: valyuta, məşğulluq, sosial, ixrac, metallurgiya