Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əsədov Seyyub Əsəd oğlu 
Açar sözlər: məktəb, şagird, Qarabağ, tarixi həqiqət
 

Bu bir həqiqətdir ki, bir ölkənin və bir xalqın tarixi, o ölkə və o xalq haqqında nə deyə bilərsə, hər bir tarixçi də o ölkə və onun sakinləri haqqında təxminən eyni şeyi deyə bilər. Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi, siyasi həyatında, özünün coğrafi və strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.
Deyirlər ağılla bilik sağ və sol əl kimidir. Onlar birləşəndə məqsədə tez çatmaq olar. Ölkənin tarixinin araşdırılması və onun qonşu dövlətlərlə münasibətlərinin geniş mənbəşünaslıq bazası əsasında tədqiqatı, zamanın sınağından çıxmış bir metotdur.
Müasir dövrdə tarix dərsinə verilən tələblərdən biri də onun səmərələliyinə nail olmaqdır.Təlimin səmərəliliyinə nail olmaq üçün müəllim bu prosesin incəliklərini, onu təşkil edən komponentləri və bunlar arasındakı qarşılıqlı əlaqəni bilməli, gündəlik işində nəzərə almalıdır. 
Keçilmiş yolun güzgüsü olan tarix həmişə xalqa bəşəriyyətin inkişafında baş verən dəyişiklikləri keçmişin təcrübə sınağı əsasında təfəkkür süzgəcindən keçirməyə kömək edir. Azərbaycan tarixində böyük rolu olan orta əsrlər dövrü xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan XVIII -XIX əsr Azərbaycan tarixinin öyrənilməsində tarixi qaynaqların və elmi monoqrafiyaların rolu əvəzsizdir


Baxış: 1030